2011-ci ilin məşhur pəhrizi

iDiyetoloqların təklif etdiyi pəhriz növləri çoxdur. Lakin düyü pəhrizi öz effektivliyinə görə onların hamısından üstün mövqedədir. Pəhriz həm ucuz başa gəlir, həm də orqanizmə ziyan vurmadan sağlam arıqlamağa səbəb olur. Maddi cəhətdən sərfəli olduğuna görə qadınların çoxu düyü pəhrizinə üstünlük verir. Pəhrizin ən əsas xüsusiyyəti bədəndə olan şlakların təmizlənməsidir.

 

Bəzi diyetoloqlar müasir standartlara uyğun təmizlənmə zamanı düyünün tərkibində olan xeyirli maddələrin itirildiyini söyləyir, diyetoloqların digər bir qrupu isə bunu inkar edirlər. Düyü insan orqanizmi üçün çox xeyirlidir. O, digər qidalar vasitəsi ilə mədəyə düşən zərərli maddələrin hamısını süngər kimi özünə hopdurur. Tərkibi mineral və karbohidratlarla zəngin olduğundan orqanizmin  ehtiyaclarını ödəyə bilir.

Birinci gün

Səhər: düyü (bir neçə damcı limon şirəsi də əlavə etmək olar), alma, yaşıl çay.

Nahar: 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı meyvə sirkəsi əlavə olunmuş düyü, göyərti, tərəvəz salatı, tərəvəz şorbası.

Şam: qaynadılmış köklə düyü, tərəvəz şorbası.

İkinci gün

Səhər: düyü portağal ilə, düyü həlimi və 1 çay qaşığı xama qarışığı, portağal.

Nahar: düyü, tərəvəz şorbası.

Şam: düyü, tərəvəz şorbası.

Üçüncü gün

Səhər: darçın əlavə olunmuş düyü, alma.

Nahar: zeytun yağında qızardılmış göbələkli düyü, tərəvəz salatı.

Şam: buxarda bişirilmiş brokkoli kələmi və düyü, tərəvəz şorbası.

Dördüncü gün

Səhər: süd və ya qaymaqlı düyü, meyvə salatı.

Nahar: buxarda bişmiş kök və düyü, tərəvəz salatı.

Şam: cəfəri və düyü, tərəvəz şorbası.

Beşinci gün

Səhər: üzüm və ya kişmişli düyü, 1 çay qayığı sürtgəcdən keçirilmiş badam.

Nahar: 1 xörək qaşığı zeytun yağı ilə buxarda bişirilmiş tərəvəz və göyərti əlavə olunmuş düyü, tərəvəz şorbası.

Şam: qoz, yaşıl soğan, kərəviz, şüyüd əlavə olunmuş düyü, tərəvəz şorbası.

Altıncı gün

Səhər: 2 ədəd xurma, 1 ədəd armud, 1-2 ədəd əncir qurusu əlavə olunmuş düyü.

Nahar: 1 çay qaşığı zeytun yağı əlavə edilmiş düyü və göyərti, tərəvəz şorbası.

Şam: xırda doğranılmış alma ilə düyü, 1/2 xörək qaşığı bal və 1 xörək qaşığı xama, ya da qaymaq qarışığı.

Yeddinci gün

Səhər: xırda doğranılmış alma ilə düyü, 1/2 xörək qaşığı bal və 1 xörək qaşığı xama, ya da qaymaq qarışığı.

Nahar: düyü, kahı, tərəvəz şorbası.

Şam: 2 çay qaşığı zeytun yağı və ya meyvəsi ilə düyü, tərəvəz şorbası.

Menyu: Hər gün 3/4 stəkan düyü duzsuz qaynadılır və bərabər miqdarda 3 hissəyə bölünür. Yeməkarası mümkün qədər çox su içmək məsləhət görülür.