Pəhriz №3
Göstərişlər. Bağırsağın diskineziya (qəbizlik) sindromunun üstünlüyü ilə xroniki xəstəliklərində, yüngül kəskinləşmə və remissiya dövründə, həmçinin bu xəstəliklərin mədə, qaraciyər, ödçıxarıcı yolların, mədəaltı vəzin zədələnməsi ilə birgə olmasında.
Təyinatın məqsədi. Bağırsağın diskineziya (qəbizlik) sindromunun üstünlüyü ilə, həmçinin patoloji prosesə mədə, qaraciyər, ödçıxarıcı yollar, mədəaltı vəz qoşulduqda xroniki xəstəliklərində keyfiyyətli qidalanma və kompensasiyanın saxlanılması. Bağırsaq və həzmin digər orqanlarının pozulmuş funksiyalarının maksimal bərpası. Regenerasiya proseslərinin stimulyasiyası, maddələr mübadiləsindəki dəyişikliklərin aradan qaldırılması və orqanlarda nazik bağırsaqdakı həzmin pozğunluqlarında baş verən distrofik proseslərin azaldılması.
Ümumi xarakteristika. Bağırsaqda qıcqırma və çürümə proseslərini gücləndirən məhsulların və xörəklərin və ödəmələgəlmənin, mədə və mədəaltı vəz sekresiyasının güclü stimulyatorlarının, qaraciyər və ödayrılma orqanlarının funksional vəziyyətinə mənfi təsir edən maddələr (efir yağları, xolesterinlə zəngin məhsullar; yağların qızardıldıqda alınan parçalanma məhsulları-aldehidlər və akrolein) istisna edilməklə bağırsağın motor funksiyasının kimyəvi və mexaniki stimulyatorlarının artıq yeridilməsi ilə zülalların, yağların, karbohidratların, xörək duzunun, bütün digər mineral maddələrin və qidanın başqa inqredientlərinin normal miqdarı ilə keyfiyyətli fizioloji pəhriz.
Enerji dəyəri və tərkibi: zülallar 100-120 q, yağlar 100-120 q, karbohidratlar 400-450 q, 3000-3500 kkal, sərbəst maye 1,5 l , xörək duzu 12-15 q. Sutkalıq rasionun kütləsi 3 kq.