Yapon pəhrizi
Yaponiyanın “Yaeks” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış bu pəhriz 13 gün üçün nəzərdə tutulub. Pəhrizin yaradıcıları vəd edir ki, bu müddət ərzində maddələr mübadiləsi yenidən qurulacaq və bu effekt 2-3 il müddətində əziyyətsiz saxlanacaq. Bunun həqiqət olub olmadığını dəqiq demək çətindir, amma çoxları bu pəhrizin nəticələrindən razıdırlar.
Yapon pəhrizindən istifadənin ən vacib şərtləri: 13 gün ərzində alkoqol, un və qənnadı məmulatları, şəkər və duz istfadə etmək qadağandır. Qida qəbulu arasında kifayət qədər mineral və qaynadılmış su içmək olar. Bunu da yadda saxlayın ki, pəhrizdə göstərilən qida məhsullarını digərləri ilə əvəzləmək olmaz.
I gün
Səhər yeməyi: qara qəhvə
Nahar: 2 ədəd bərk bişirilmiş yumurta, bişmiş kələmdən bitki yağında salat, 1 stəkan tomat şirəsi
Şam yeməyi: qızardılmış və ya qaynadılmış balıq
II gün
Səhər yeməyi: qara qəhvə, suxari
Nahar: qızardılmış və ya qaynadılmış balıq, yağda kələm və tərəvəz salatı
Şam yeməyi: 100 qr qaynadılmış mal əti, 1 stəkan qatıq
III gün
Səhər yeməyi: qara qəhvə, suxari
Nahar: 1 ədəd yağda qızardılmış böyük kabaçok
Şam yeməyi: 2 ədəd bərk bişmiş yumurta, 200 qr qaynadılmış mal əti, çiy kələmdən bitki yağında salat
IV gün
Səhər yeməyi: qara qəhvə
Nahar: 1 ədəd çiy yumurta, 3 ədəd bişmiş böyük kök bitki yağında, 15 qr bərk pendir.
Şam yeməyi: meyvələr
V gün
Səhər yeməyi: limon şirəsi ilə çiy kök
Nahar: qızardılmış və ya qaynadılmış balıq, 1 stəkan tomat şirəsi
Şam yeməyi: meyvələr
VI gün
Səhər yeməyi: qara qəhvə
Nahar: bişmiş toyuğuğun yarısı, təzə kələm və kökdən hazlrlanmış salat
Şam yeməyi: 2 ədəd bərk bişirilmiş yumurta, çiy kök bitki yağında
VII gün
Səhər yeməyi: çay
Nahar: 200 qr qaynadılmış mal əti, meyvələr
Şam yeməyi: 3-cü günü çıxmaq şərtilə əvvəlki günlərdən birinin şam yeməyi
VIII gün
Səhər yeməyi: qara qəhvə
Nahar: bişmiş toyuğun yarısı, təzə kələm və ya kök salatı
Şam yeməyi: 2 ədəd bərk bişirilmiş yumurta, çiy kök bitki yağında
IX gün
Səhər yeməyi: limon şirəsi ilə çiy kök
Nahar: qaynadılmış və ya qızardılmış iri balıq
Şam yeməyi: meyvələr
X gün
Səhər yeməyi: qara qəhvə
Nahar: 1 ədəd çiy yumurta, 3 ədəd bişmiş iri kök bitki yağında, 15 qr bərk pendir
Şam yeməyi: meyvələr
XI gün
Səhər yeməyi: qara qəhvə, suxari
Nahar: bitki yağında qızardılmış 1 ədəd iri kabaçok
Şam yeməyi: 2 ədəd bərk bişirilmiş bərk yumurta, 200 qr qaynadılmış mal əti, təzə kələmdən bitki yağında salat
XII gün
Səhər yeməyi: qara qəhvə, suxari
Nahar: qaynadılmış və ya qızardılmış balıq, tərəvəz salatı, bitki yağında kələm
Şam yeməyi: 100 qr qaynadılmış mal əti, 1 stəkan qatıq
XIII gün
Səhər yeməyi: qara qəhvə
Nahar: 2 ədəd bərk bişirilmiş yumurta, bişmiş kələmdən bitki yağında salat, 1 stəkan tomat şirəsi
Şam yeməyi: qızardılmış və ya qaynadılmış balıq
Müsbət cəhətləri: bu pəhriz bir çoxlarına artıq çəkidən azad olmaqda köməklik edib, hərçənd nəticələr o qədər də qənaətbəxş deyil – iki həftəyə cəmi 2-5 kq. Amma “yapon pəhrizi” duzsuz olduğundan iştahanı azaldır, buna görə də nəticəsi uzun müddət saxlanır.
Mənfi cəhətləri: bu pəhrizi saxlayarkən heç bir kənaraçıxmaya yol vermək olmaz. Üstəlik bütün diyetik yeməkləri əvvəlcədən hazırlayıb özünüzlə işə aparmalı və qonaqlıqlara getməkdən imtina etməlisiniz. Bundan əlavə bu pəhriz zülal, kalsium, C və B qrupu vitaminləri baxımından kasıbdır. Qastrit, mədə xorası, şəkərli diabet və ürək-damar xəstəlikləri zamanı əks göstərişdir.
Əslində, yapon xalqının ənənəvi qidası “yapon pəhrizi”ndən çox uzaqdır, lakin normal bədən çəkisini saxlamağa imkan verir. Yaponların qida rasionuna düyü, soya və digər paxlalılar, meyvə və tərəvəzlər, dəniz balıqları və duz daxildir. Doğan günəş ölkəsinin əhalisi ət, quş əti, yumurta və süd məhsullarından isə nadir hallarda istifadə edir, qara qəhvəni əvəzinə isə müxtəlif çay və bitki dəmləmələrini içirlər.