Pəhriz №2
Pəhriz № 2a
Göstərişlər. Kəskin qastritlər, enteritlər və kolitlərdə səmərəli qidalanmaya keçid kimi rekonvalessensiya dövründə; sekretor çatmamazlıqla xroniki qastritlər, enteritlər, kolitlər yanaşı gedən qaraciyər, ödçıxarıcı sistemin, mədəaltı vəzin xəstəlikləri olmadıqda davamlı remissiya dövründə, saxlanmış sekresiya ilə qastritlər.
Təyinatın məqsədi. Keyfiyyətli qidalanma, kəskin xəstəliklərdə həzm orqanlarının funksiyasının pozulmasının bərpası, xroniki xəstəliklərdə isə kompensasiyanın saxlanılması, mədənin sekretor və motor-evakuator funksiyasının tənzimi. Orqanizmin stasionar müalicə şəraitində (xəstəxana, profilaktoriya, sanatoriya) və ya fiziki yüklə bağlı olmayan işdə qida maddələrinə olan fizioloji tələbatının təmin olunması.
Ümumi xarakteristika. Zülalların, yağların və karbohidratların fizioloji miqdarı, xörək duzunun məhdudlaşdırılması, mədə-bağırsaq traktının selikli qişasının və reseptor aparatının kimyəvi və mexaniki qıcıqlandırıcılarının, mədə sekresiyası stimulyatorlarının, mədədə uzun müddət qalan maddələrin mülayim məhdudlaşdırılması ilə pəhriz.
Kulinar işləmə. Bütün qidalar suda bişmiş şəkildə və ya buğda (çəkilmiş) hazırlanır, ət və balığın kobud olmayan növləri tikə kimi icazə verilir. Ayrı-ayrı xörəklər kobud qazmaq olmadan qızardılmış şəkildə icazə verilir.
Enerji dəyəri və tərkibi: zülallar 100-120 q, yağlar 100-120 q, karbohidratlar 400-450 q, 3000-3500 kkal, sərbəst maye 1,5 l , xörək duzu sutkada 8-10 q. Sutkalıq rasionun kütləsi 3 kq.
Qidalanma rejimi: sutkada 4-5 dəfə.
Pəhriz № 2
Göstərişlər. Kəskin qastritlər, enteritlər və kolitlərdə səmərəli qidalanmaya keçid kimi rekonvalessensiya dövründə; qaraciyərin, ödçıxarıcı sistemin, mədəaltı vəzin yanaşı gedən xəstəlikləri olmadan davamlı remissiya dövründə sekretor çatmamazlıqla xroniki qastritlər, enteritlər, kolitlər, sekresiyanın saxlanması ilə qastritlər.
Təyinatın məqsədi. Keyfiyyətli qidalanma, həzm orqanlarının funksiya pozğunluqlarının bərpası mədə-bağırsağın kəskin və kompensasiyasının saxlanılması ilə xroniki xəstəliklərində.
Ümumi xarakteristika. Mədə-bağırsaq traktı üçün yük hesab olunan, mədədə uzun müddət qalan, çətin həzm olan, mədə-bağırsaq traktı selikli qişası və reseptor aparatını qıcıqlandıran məhsullar və xörəklər istisna olunmaqla məhsulların səmərəli kulinar işlənməsi ilə keyfiyyətli fizioloji pəhriz.
Enerji dəyəri və tərkibi: zülallar 100-120 q, yağlar 100-120 q, karbohidratlar 400-450 q, 3000-3500 kkal, sərbəst maye 1,5 l , xörək duzu 15 q-a qədər. Sutkalıq rasionun kütləsi 3 kq.
Qidalanma rejimi: sutkada 5-6 dəfə.