Amerika pəhrizi
Amerika və Avropada Alisiya Silverstounun üçgünlük yüngülləşdirici pəhrizi çox məşhurdur. Bu pəhrizlə, həqiqətən də qısa müddət ərzində bir neçə kiloqram çəki atmaq və maddələr mübadiləsini tənzimləmək mümkün olur. Alisiya Silverstoun Sizə şəkər və yağ qəbulunu məhdudlaşdıran aşağı kalorili pəhriz təklif edir.
Birinci gün:
Səhər yeməyi: 170 qr qreypfrut şirəsi, bir fincan kobud üyüdülmüş dənli bitki və soya südü.
Nahar: 170 qr təzə və ya bişmiş tərəvəz, yarım fincan bişmiş lobya.
Şam yeməyi: bir fincan göbələk və bir fincan yaşıl noxudla birlikdə qızardılmış 115 qr yağsız pendir, iki fincan buxarda bişirilmiş düyü.
Desert: iki ədəd düyülü pirojki, iki çay qaşığı cem və ya mürəbbə.
İkinci gün:
Səhər yeməyi: təzə çiyələk və ya başqa giləmeyvə ilə iki ədəd blinçik.
Nahar: bir fincan çili (pörtlədilmiş tərəvəzlər), bir qıça təzə bişmiş qarğıdalı, bir fincan meyvə salatı.
Şam yeməyi: iki dilim pendirli pitsa, bir porsiya tərəvəz salatı.
Desert: iki gavalı, bir fincan şərbət.
Üçüncü gün:
Səhər yeməyi: soyalı-pendirli kremlə iki dilim aşağı kalorili çörək.
Nahar: bir fincan pörtlədilmiş tərəvəz, bir dilim qara çörək.
Şam yeməyi: içinə düyü və qarğıdalı qoyulmuş iki böyük bibər, bir fincan buxarda bişirilmiş brokkoli kələmi.
Desert: bir fincan yoqurt, bir fincan təzə çiyələk.