Pəhriz №1

Pəhriz № 1a
Göstərişlər. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskin ifadə olunmuş qıcıqlanmış mədə simptomları ilə güclü kəskinləşməsi dövründə, həmçinin pəhrizin digər xəstəliklərdə məqsədli təyini ilə uyğun.Təyinatın məqsədi. Xora və eroziyaların sağalmasına, mədə-bağırsaq traktının yuxarı şöbəsinin selikli qişasının iltihab prosesinin selikli qişanın reparasiyası proseslərinin normallaşdırılması və mədə və onikibarmaq bağırsağın reseptor aparatının qıcıqlanmasının azalması hesabına zəiflədilməsinə, mədənin sekretor və motor-evakuator funksiyasının tənziminə kömək edir. Orqanizmin yataq rejimi şəraitində qida maddələrinə fizioloji tələbatının təmini.
Ümumi xarakteristika. Zülalların və yağların fizioloji miqdarı, karbohidrat və xörək duzunun (natrium xlorid) məhdudlaşdırılması, mədə-bağırsaq traktının yuxarı şöbəsinin selikli qişa və reseptor aparatının kimyəvi və mexaniki qıcıqlandırıcılarının və mədədə uzun müddət qalan maddələrin, mədə sekresiyası stimulyatorlarının məhdudlaşdırılması ilə pəhriz.
Enerji dəyəri və tərkibi: zülallar 100 q, yağlar 90-100 q, karbohidratlar 200 q 2000-2200 kkal, sərbəst maye 1,5-2 l , xörək duzu sutkada 8 q-dan çox olmayaraq. Sutkalıq rasionun kütləsi 2,5 kq.
Qidalanma rejimi: sutkada 6-7 dəfə.
Pəhriz № 1b
Göstərişlər. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi mədənin qıcıqlanma simptomları olduqda kəskin ifadə olunmuş kəskinləşməsi dövründə, həmçinin digər xəstəliklərdə pəhrizin məqsədli təyini ilə uyğun.
Təyinatın məqsədi. Xora və eroziyaların sağalmasına, mədə-bağırsaq traktının yuxarı şöbələrinin selikli qişasının iltihab prosesinin selikli qişada reparasiya proseslərinin normallaşması, mədə və onikibarmaq bağırsağın reseptor aparatı və selikli qişasının qıcıqlanmasının azaldılması yolu ilə zəiflədilməsinə, mədənin sekretor və motor-evakuator funksiyasının tənziminə kömək edir. Yataq rejimi şəraitində orqanizmin fizioloji tələbatının ödənilməsi.
Ümumi xarakteristika. Zülalların və yağların fizioloji miqdarı, karbohidratların və xörək duzunun məhdudlaşdırılması, mədə-bağırsaq traktının yuxarı şöbələrinin selikli qişası və reseptor aparatının kimyəvi və mexaniki qıcıqlandırıcılarının, mədə sekresiyası stimulyatorlarının, mədədə uzun müddət qalan maddələrin kəskin ifadə olunmuş məhdudlaşdırılması ilə pəhriz.
Kulinar işləmə. Bütün xörəkləri əzilib süzgəcdən keçirilmiş şəkildə hazırlayırlar, suda və ya buğda bişirirlər. Qida duru, həlməşikşəkillidir.
Qidalanma rejimi: sutkada 5-6 dəfə.
Pəhriz № 1
Göstərişlər. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin mədə qıcıqlanmasının kəskin ifadə olunmuş simptomları olmadan kəskinləşməsi dövrü, saxlanılan sekresiya ilə xroniki qastritlərin kəskinləşməsi dövrü, həmçinin pəhrizin məqsədli təyini ilə uyğun olaraq digər xəstəliklərdə.
Təyinatın məqsədi. Xoraların, eroziyaların sağalmasına və mədə-bağırsaq traktının yuxarı şöbələrinin selikli qişasının iltihabi prosesinin selikli qişaların reparasiyasının normallaşması, mədə və onikibarmaq bağırsağın selikli qişa və reseptor aparatının qıcıqlanmasının azaldılması yolu ilə zəiflədilməsinə, mədənin sekretor və motor-evakuator funksiyasının tənziminə kömək edir. Orqanizmin stasionar şəraitində müalicəsində (xəstəxana, profilaktoriya, sanatoriya) və ya fiziki yüklə bağlı olmayan işində qida maddələrinə olan fizioloji tələbatının təmin edilməsi.
Ümumi xarakteristika. Zülalların, yağların və karbohidratların fizioloji miqdarı, xörək duzunun məhdudlaşdırılması, mədə-bağırsaq traktının selikli qişa və reseptor aparatının kimyəvi və mexaniki qıcıqlarının, mədə sekresiyası stimulyatorlarının, mədədə uzun müddət qalan maddələrin mülayim məhdudlaşdırılması ilə pəhriz.
Kulinar işləmə. Bütün xörəklər suda bişmiş və ya buğda (çəkilmiş) hazırlanır, ət və balığın kobud olmayan növləri tikə ilə icazə verilir. Ayrı-ayrı xörəklər kobud qazmağı olmadan qızardılmış şəkildə icazə verilir.
Enerji dəyəri və tərkibi: zülallar 100-120 q, yağlar 100-120 q, karbohidratlar 400-450 q, 3000-3500 kkal, sərbəst maye 1,5 l , xörək duzu sutkada 8-10 q. Sutkalıq rasionun kütləsi 3 kq.
Qidalanma rejimi: sutkada 5-6 dəfə.