Mineral daşlarla müalicə

iLitoterapiya termini praktik olaraq unudulmuşdur. Yenicə gündəmə gələn litoterapiya alternativ təbabətin inkişafı üçün yeni bir sahə oldu.  Litoterapiya elmi təbii daşların insan orqanizminə müalicəvi təsirini öyrənən bir elm sahəsidir. Litoterapiya dedikdə daşların insan orqanizminə kimyəvi deyil, energetik (psixoterapevtik, informasion) təsiri başa düşülməlidir. Lithos yunanca daş, therapy ingiliscə, terapia isə yunanca müalicə deməkdir. Əslində litoterapiya anlayışı çox geniş məfhumdur. Bu anlayış altında daş, metal, lil, gil, mineral sularla müalicə gizlənir. Belə hesab edirlər ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və daşlar orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlardan müalicə məqsədilə ilə istifadə və bu istifadənin müxtəlif formalarının vətəni Hindistan hesab edilir.

Daşların magik, müalicəvi təsir xüsusiyyətləri və bu təsirlərə inam çox qədim əsrlərdən qaynaqlanır. Demək olar ki, bütün dağ mineralları müalicəvi xüsusiyyətlərə malikdir. Uzun əsrlərdir ki, litoterapiya bir çox müxtəlif ölkələrdə tətbiq edilir. Qədim Yunanıstanda tapılmış hələ eramızdan əvvəl 4-cü əsrə aid olan manuskriptdə daşların təsiri haqda – onların gəmiləri qasırğa, tufandan necə qoruması barədə müxtəlif məlumatlar qeyd edilmişdir. Qədim Misir papiruslarında isə daşların müalicəvi xüsusiyyətləri və bunlara aid müxtəlif reseptlər vardır.

Tibet təbibləri özlərinin tibbi traktatlarında 58 mineraldan hazırlanmış müxtəlif dərmanlardan bəhs etmişlər, bunlardan əlavə qədim ərəb həkimləri də xəstəliklərin müalicəsində müxtəlif minerallardan istifadə etmişdir. “Çaraka-Samxita” və “Suşutra-Samxita” kimi qədim hind tibb traktatlarında da daşların müalicəvi xüsusiyyətlərindən danışılır.

Əslində litoterapiyanın banisi Aristotel, Pliniy, Cabir ibn Xəyyam, İbn Sina, Məhəmmməd ibn Zəkəriyyə ər-Razi, Əl-Biruni, Paratsels hesab edilməlidir. Məşhur polşa astronomu Nikolay Kopernikin sapfir, yəşəm daşı, kəhrəba və s. kimi müalicəvi daşların tozlarından hazırladığı müxtəlif yazılı reseptlər hal-hazırda Krakov muzeyində saxlanılır.

Minerallar haqda müxtəlif xalqlar müxtəlif əfsanə və rəvayətlər uydurmuşlar. Hindlilər belə hesab edirdi ki, bu daşlar göylərdə güləşən allahların qan damlalarıdır ki, müqəddəs Qanq çayının qumlu sahillərinə düşərək yaqut (rubin) və süleymandaşına (qranat) çevrilir. Başqa bir əfsanəyə görə bu daşlar göydən insanlara hədiyyə və kömək kimi göndərilən ilahi möcüzələrdir.

Hal-hazırda daşların müalicəvi təsirinə olan maraq günü-gündən artır. Bu sahədə Fransa, Almaniya və s. ölkələrdə bir çox tədqiqatlar aparılır və daşların müalicəvi təsirləri öyrənilir. Son zamanlar litoterapiyanı XXI əsrin təbabəti hesab edirlər. Kəskin infeksion xəstəliklər, yüksək təzyiq və temperatur, kəskin ağrı və hamiləlik zamanı litoterapiyadan istifadə etmək olmaz. Bunlardan əlavə ciddi ürək-damar xəstəlikləri, kəskin stenokardiya, insult və infarktdan sonra, onkoloji xəstəliklər zamanı da bu üsuldan istifadə edilməsə yaxşıdır.

Normal 0 false false false RU X-NONE X-NONE MicrosoftInternetExplorer4
Bürclər Daşlar
Qoç Sardoniks
Buğa Korneol
Əkizlər Topaz
Xərçəng Xalsedon
Şir Yəşəm daşı
Qız Zümrüd
Tərəzi Beril
Əqrəb Ametist
Oxatan Giasint
Oğlaq Xrizopraz
Dolça Dağ bülluru
Balıqlar Sapfir