Meyvəli arıqlama pəhrizi
Hamıya tanış olan bir xalq mahnısında deyilir:Yağlı dəri üçün tam yetişməmiş – turş, yaşıl, hətta sarı meyvələr;
Quru dəri üçün tam yetişmiş – şirin, qırmızı rəngdə olan meyvələr;
Normal dəri üçün – bütün tip meyvələr olar;
Bir sıra hallarda insanlarda stresdən də kökəlmə baş verir. Stress zamanı bəzən yeməklə stresdən çıxmağı düşünür və adətən yediklərindən daha çox yeyirlər. Pəhriz zamanı heç nədən əsəbləşmək olmaz. Onun daha effektli olmağı üçün həm də idmanla məşğul olmaq məsləhətdir.
Nə qədər çox yesəm o qədər çox arıqlayaram. Bəzi qadınların fikrincə, hansı meyvədən nə qədər yeməyindən asılı olmayaraq onlar heç vaxt kökəlmirlər. Əslində isə özləri hiss etmədən artıq çəkiyə sahib olurlar. Çünki meyvələrin tərkibində kifayət qədər şəkər var və duzlu yeməklərdə olduğu kimi təhlükəli olmasa da, onun kalorisi kifayət qədər yüksəkdir. Almaları bir-bir yedikcə artıq kilolar yaranır. Ona görə də meyvəni ən azı 3 saatdan bir yemək lazımdır.
Meyvələr aclıq hissini öldürərək arıqlamağa kömək edir. Meyvə doydurmasa da, arıqlamaq üçün vacib olan aclıq hissini ölürə bilir. Meyvənin şirinlik dərəcəsinə və qanda şəkərin miqdarına fikir vermək lazımdır. Ən yaxşısı meyvəni doğrayıb iyləməkdir. Belə olduqda mədə aldanır və həzm yolu yüklənmir.
Ekzotik meyvələrlə arıqlamaq daha asandır. Ekzotik meyvələrə olan maraq daha çox onun dadı ilə əlaqədar olsa da, arıqlamaq üçün də faydalıdır. Diyetoloqların fikrincə, mədə meyvələrin qəbuluna öyrəşmədiyinə görə 1-2 alma yeyib arıqlamaq, ananas yeyib arıqlamaqdan daha yaxşıdır.
Xaricdən gələn meyvələr kimyəvidir. İsti ölkələrdən gətirilən meyvələrin tərkibi kimyəvi m
addələrlə zəngin olduğundan onlarla arıqlamaq düzgün deyil. Konservantlılardan isə istifadə etmək olar, çünki onu meyvələrin üz qabığına çəkirlər və daxilə keçmir. Həmin meyvələri yaxşı yuduqdan və ya qabığını təmizlədikd ən sonra istifadə etmək mümkündür.
Ananas – arıqlamaq üçün meyvə. Ananasın piy qatlarını əritdiyi barədə çox deyilsə də, əslində isə onun tərkibindəki bromelain yağlara heç bir təsir göstərməyərək zülalların parçalanmasında iştirak edir. Həzm prosesini yaxşılaşdırır.
Meyvəli pəhriz arıqlamaq üçün ən yaxşı vasitələrdən biridir. Meyvələrin tərkibində vitaminlər çox olduğundan təhlükəsiz sayılır. Ancaq həkim məsləhəti ilə hərəkət etmək lazımdır. Məsələ burasındadır ki, hər meyvə arıqlatmaq xüsusiyyətinə malik deyil və əlbəttə ki, onun miqdarını da nəzərə almaq lazımdı r. Əksər meyvə pəhrizlərində meyvənin miqdarı günlərin sayına görə artırılır. Meyvəli pəhrizin bir neçə qaydası var ki, ona mütləq əməl etmək lazımdır.
Aclıq hissi baş qaldıran zaman meyvəli desert yeyilməlidir. Kalorili yeməkləri az kalorili meyvəli desertlərlə əvəz etmək olar: tort dilimini- meyvəli jele ilə, dondurmanı – dondurulmuş meyvələr, mayonezli ət salatını – meyvə salatı ilə, xamalı blinçiki – meyvə dilimləri qatılmış az kalorili yoqurtla əvəz etmək olar.
Pəhriz vaxtı ancaq meyvə yemək məsləhət görülür, su və ya təzə çəkilmiş meyvə suyu içmək olar. Aclıq hiss edən kimi əl altında həmişə meyvə olmalıdır. Onda nahar və şam yeməyi zamanı aclıq hiss olunmayacaq.
Tez-tez fast-fud yeməklərinə müraciət edənlərin çoxu ən çox köklükdən əziyyət çəkənlərdir. İş yerində həm oturaq rejim, həm də müxtəlif buterbrodlar, çipslər yemək bədən çəkisinin artmasına səbəb olur. Həmin vərdişdən əl çəkmək asan olmasa da, mümkündür. Yeməkdən əvvəl meyvə yeyilməli və tədricən meyvənin miqdarı artırılmalıdır ki, aclıq hissiniz ölsün və fast-fuda həvəs olmasın. Mütəxəssislərin fikrincə, 1 aya vərdişdən tam azad olmaq və çəkini bir neçə kiloqram azaltmaq mümkündür.
Pəhriz
Meyvəli pəhriz Çətin pəhriz sayılsa da, nəticəsi çox müsbət olur. Onu ayda bir dəfə saxlamaq məsləhət görülür. Pəhriz zamanı meyvələr zövqə görə seçilməlidr və mədəsində problem olan adamlar daha diqqətli olmalıdırlar.
1-ci gün – Səhər – təzə çəkilmiş meyvə şirəsi ilə hər hansı bir meyvə;
Nahar – salat və 1 stəkan su;
Şam – meyvə salatı, meyvə və 1 stəkan meyvə şirəsi;
2-ci gün – Səhər – bir boşqab doğranılmış meyvə, 1 stəkan su;
Nahar – meyvə salatı və 1 stəkan su;
Şam –qaynadılmış tərəvəz və 2 ədəd meyvə;
3-cü gün – Səhər – bir boşqab doğranılmış meyvə və 1 stəkan təzə sıxılmış meyvə şirəsi;
Nahar –meyvə salatı və 1 stəkan su;
Şam – tərəvəz şorbası;
Resept
Bu resept çox asan və effektlidir. Gün ərzində 9 kiloqram meyvə yeyilməlidir. İldə bir dəfə onu təkrarlamaq olar. Meyvələr zövqə görə seçilir, çalışmaq lazımdır ki, seçilmiş meyvələr rəngarəng olsun. Meyvələr gün ərzində müəyyən hissələrə bölünərək qəbul edilir.
1-ci və 6-cı gün – 1 kq meyvə;
2-ci və 5-ci gün – 1,5 kq meyvə;
3-cü və 5-ci gün –2 kq meyvə;
Alma pəhrizi
Ən məşhur meyvə pəhrizi sayılır. Əvvəlcə səhər yeməyini alma ilə əvəz etmək lazımdır və 1 həftə davam etdirilir. 2-ci həftə nahar və şam yeməyi də alma ilə əvəz edilir və nahar yeməyinə tərəvəz şorbası əlavə olunmalıdır. Üç və dördüncü həftələrdə ancaq alma yeyilir, gün ərzində bal qatılmış su və ya bitki çayı içilə bilər. Beşinci və altıncı həftələrdə yalnız səhər yeməyi zamanı almadan istifadə edilir, nahar və şam yeməyi əvvəlki qaydasına salınır.
Süd məhsulları ilə meyvə pəhrizi
Səhər – bir fincan şəkərsiz çay, 3 saatdan sonra yağsız kəsmik, 3 saatdan sonra 200 qram meyvə (zövqə görə) , 3 saatdan sonra 300 qram az yağlı kefir, iki saatdan sonra 200 qram meyvə. Gün ərzində 1,5 litr maye qəbul etmək olar. Pəhriz bir həftə davam etdirilir.