Jenşen kökü
Kimyəvi tərkibi:
Jenşen kökünün tərkibində fizioloji aktiv maddələr panaksin, linol, olein, stearin, palmitin turşuları, fitosterinlər, selik, nişasta, aşı və pektin maddələri, askorbin turşusu, B1, B2 vitaminləri, K, Ca, Mg, Fe makroelementləri və Mn, Cu, Zn mikroelementləri və s. maddələr vardır.
Farmakoloji təsiri:
Jenşen kökü orqanizmə tonuslandırıcı təsir göstərir, baş beyin qabığını, qabıqaltı mərkəzləri, toxuma tənəffüsünü, oksidləşmə proseslərini stimulyasiya edir, orqanizmin hipoksiyaya davamlılığını və iş qabiliyyətini artırır, yaddaşı yaxşılaşdırır, yorğunluğu aradan qaldırır. Adaptogen və immunostimulyasiyaedici təsir göstərir, ürək yığılmalarının amplitudunuı, ağciyərlərdə qaz mübadiləsini artırır. Karbohidrat mübadiləsini tənzimləyir, qanda şəkərin miqdarını azaldır, endokrin sistemin fəaliyyətini artırır, arterial təzyiqi tənzimləyir.
İstifadəsinə göstəriş:
– Fiziki və zehni yorğunluq
– Miqren
– Nevrozlar
– Nevrasteniya
– Ürək–damar sisteminin funksional pozğunluğu
– Revmatizm
– Şəkərli diabet
– Funksional cinsi zəiflik
– İnfeksion xəstəliklərdən sonrakı dövr
– İmmunitetin zəifləməsi
Hazırlanma və istifadə qaydası:
Jenşen kökü 2 formada hazırlanır:
1 forma: 40 qr (1 qutu) kökün üzərinə 200 ml (1 stəkan) qaynadılmış şirin su tökülür. 3-4 saatdan sonra su süzülür, köklər xırda doğranır, üzərinə 500 ml 40% - li spirt tökülür və qaranlıq yerdə 3 həftə saxlanılır. Gündə 1 dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 60 gündür.
2 forma: 20 qr kökü xırdaladıqdan sonra üzərinə 200 ml (1 stəkan) qaynadılmış su tökülür və 100 ml su qalana qədər qaynadılır. Gündə 1 dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl qəbul edilir.
Buraxılış forması:
40 qr xırdalanmamış kök.
