Şəkərli diabet və fitoterapiya

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

qlukometrDiabet terminini ilk dəfə b. e. ə. II əsrdə Apamaniyadan olan yunan həkimi Demetrios işlədib. Yunanca diabet διαβαίνω – keçmək, çevrilmək deməkdir. Lakin 1675-ci ildə Tomas Uilyams şəkərli diabet zamanı ifraz olunan sidikdə şəkərin olduğunu göstərərək diabet sözünə mellitus sözünü də əlavə etdi. Mellitus latıncadan təcümədə bal kimi şirin deməkdir. Qədim hindlilər isə şəkərli xəstələrin sidiyinə qarışqaların necə yığışdığını görərək bu xəstəliyi “şirin sidik xəstəliyi” adlandırmışlar.

Şəkərli diabet haqda statistik məlumat

1. Şəkərli diabet sakit epidemiya hesab edilir. Hal-hazırda dünyada 246 milyon şəkərli diabetlə xəstə olan insan vardır. Bu isə orta yaşlı insanların 6%-i deməkdir.
2. Asiyalılar arasında şəkərli diabet ağdərililərlə müqayisədə 5 dəfə çoxdur.
3. Hindistan dünyanın şəkərli diabet paytaxtıdır. Təxmini hesablamalara görə Hindistanda 40 milyon insan şəkərli diabetdən əziyyət çəkir.
4. Hər dəqiqə baş verən 6 ölüm səbəbinin biri şəkərli diabetdir. Dünyada 20 ölüm səbəbindən biri şəkərli diabetin payına düşür.
5. Hər il dünyada 3.2 milyon insan şəkərli diabetdən vəfat edir.
6. Şəkərli diabet xəstəliklər arasında “ən sakit killer” hesab edilir. Yeganə və ən geniş yayılmış erkən əlaməti tez-tez susuzlamadır.
7. I tip şəkərli diabetlə hər il 15 yaşına qədər olan 70000 uşaq xəstələnir.
8. Şəkərli diabetin əsas artma səbəbi oturaq həyat tərzidir.
9. Böyrək çatışmazlığının ilkin səbəbi şəkərli diabet hesab olunur.
10. Hal-hazırda şəkərli diabet və onun ağırlaşmalarına sərf olunan maddi dəyər 215-375 milyard ABŞ dollarıdır.

Şəkərli diabet bir xəstəlik deyil, sadəcə diaqnozdur. Qədim Şərqdə isə bu xəstəliyi daima ağır bir mübadilə pozğunluğu hesab ediblər. Bu xəstəlikdən əziyyət çəkənlər hər zaman öz atdıqları addımları kəndirbazlar tək balanslaşdırmağa çalışırlar. Hamı çox yaxşı bilir ki, bu çətin məsələdə asan iş qanda şəkərin miqdarını nəzarətdə saxlamaqdır. Belə bir sual ortaya çıxır: görəsən bu problemi həll etməklə qanda şəkərin miqdarı azalırmı? Cavab birmənalıdır: Təbii ki, yox. Dünyada insanlar daha çox şəkərli diabetin ağırlaşmasından vəfat edir, nəinki hiperqlikemik komadan. İnsulin isə hələ bunun cavabı demək deyil. Gözün torlu qişa patologiyaları, böyrək, birləşdirici toxuma, ətraf damarların patologiyaları, ensefalopatiya və s. bütün bu kimi halları çıxsaq şəkərli diabet sadəcə bir endokrinoloji xəstəlikdir. Məlum olduğu kimi diabetik praktikada bitki müalicəsindən – fitoterapiyadan geniş istifadə edilib. Bitkilər nəinki qanda şəkərin miqdarının azalmasına kömək edir, hətta digər başqa önəmli təsirlər də göstərir. Tibet təbabətində isə diabetli xəstələrə yoqa və tənəffüs gimnastikası (pranayama) ilə məşğul olmaq məsləhət görülür. Məsələn, sağ burun dəliyi ilə nəfəs alınır, sol burun dəliyi ilə isə verilir və s.

Demək olar ki, kifayət qədər şəkərli diabet xəstəsi öz müalicəsinə fitoterapiyadan və yaxud da bitki mənşəli dərman preparatlarından başlayır. Ən minimumunu götürsək, ildən-ilə bu növ terapiyaya üstünlük verənlərin sayı artır. Əslində biz bu məqalədə insanların bu marağını müzakirə etməyəcik. Lakin bir tək bunu qeyd edə bilərik ki, bitki terapiyasına qanda şəkərin miqdarını azaltmağa yönəlmiş terapiyanın əsas komponenti deyil, tamamlayıcı hissəsi kimi baxmaq olar.  Şəkərli diabet xəstəliyinin bitki ilə monoterapiyası məhz aşağıdakı hallarda mümkündür: II tip şəkərli diabetin ilkin mərhələsi (piylənmə fonunda yarandıqda və pəhrizə riayət etdikdə), acqarına qanda şəkərin miqdarı 8 mmol/l-dən, qida qəbulundan sonra isə 11 mmol/l-dən çox olmadıqda. Bu məsələlər bir qədər mübahisəli ola bilər, lakin istənilən halda həkimlə məsləhətləşmək lazımdır. Bir nüansı qeyd edək ki, dərman bitkilərindən düzgün istifadə etdikdə insulinərezistenlik və şəkər əleyhinə preparatlara olan tələbat azalmış olur.

Kimyəvi maddə
Bitki adı
Biquanidin
Çəpişotu otu (keçisədəfi), əkin noxudunun otu, toxumsuz lobya qını, qaragilənin yarpaqları və cavan zoğları
Sink (Zn)
Ziyilli tozağacı  tumurcuğu, quş qırxbuğum otu, qarğıdalı saçağı, dərman adaçayı otu
Xrom (Cr)
Dağ öküzgözü, jenşen çiçəyi, levzeya kökü, dəfnə kökü və kökümsovu,  dərman adaçayı otu
İnulin
Uca andızın kökü və kökümsovu, at pıtrağı kökü, dərman zəncirotu kökü, kasnı kökü, topinambur (yerarmudu) kökü

Langerhans adacıqlarının β-hüceyrələrinin regenerasiyasını stimulyasiya edən bitkilər: Çəpişotu otu (keçisədəfi), yunan qozu yarpağı, əkin kətanının toxumları, böyük bağayarpağı otu, iri atpıtrağı kökü, şirin biyan kökü, qaragilə yarpağı və cavan zoğları.

Hələ qədim dövrün təbibləri belə bitki aləmini bitib –tükənməz bir dərman mənbəyi hesab edirdi. İbn Sinanın fikrinə görə həkimin 3 silahı mövcuddur – söz, bitki, bıçaq. Bir buddist kəlamına görə, əgər ətrafa dərmanları öyrənən bir həkim gözü ilə baxsanız, onda böyük bir dərman dünyasında yaşadığınızı anlayarsınız. Fitoterapiyanın süni yolla əldə edilmiş preparatlardan bir çox fərqləri mövcuddur: az toksikidir, yüngül mülayim təsiri var, heç bir əlavə təsir olmadıqda (xüsusilə də allergiya) uzun müddət qəbul edilə bilir, digər dərmanlarla kompleks qəbul edildikdə onların təsir effektini gücləndirir. Şəkərli diabet xəstələrinə fitoterapiya pəhriz və insulinoterapiya ilə birgə tətbiq edilir. II tip şəkərli diabetin insulinərezistent və yüngül formasında monofitoterapiya xəstəliyin stabilizasiyası və reqressiyası məqsədilə tətbiq edilə bilər.

Hal-hazırda elmi təbabətdə qanda şəkərin miqdarını azaldan 150-200 növ bitkidən istifadə edilir. Bu bitkilərin tərkibinə qanda şəkərin miqdarını azaldan qalenin, inozin, inulin kimi bioloji aktiv maddələr daxildir. Düzü bu bitkilərin təsir mexanizmi indiyənədək dəqiq öyrənilməmişdir, lakin o da məlumdur ki, bu bitkilər qlükoza üçün zəif qələvi mühit yaratmaqla qanda onun toxumalar tərəfindən asan mənimsənilən və utilizasiyası üçün insulin tələb olunmayan fruktoza və mannoza formasına çevrilməsinə şərait yaratmış olur, o cümlədən insulinə olan tələbat da tədricən azalır. Qədim Şərq təbabətində həkimlər çox zaman sınanmış bir üsula – eleuterokok, jenşen, zamanixa kimi adaptogenlərlə müalicəyə üstünlük verib. Bu bitkilər mərkəzi və vegetativ – vaqoinsulyar sinir sistemini tonuslandıraraq insulin sintezini artırır. Lakin bitkilərin tərkibində təsiredici maddələrin azlığını nəzərə alaraq tez bir zamanda effekt əldə ediləcəyini gözləmək düzgün deyil. Buna görə də qanda şəkərin miqdarını mütəmadi nəzarətdə saxlamaqla fitoterapiya uzun müddətə təyin edilir. Bu məqsədlə siz Herba Flora şirkətinin istehsalı olan Mirfazin çayından istifadə edə bilərsiniz.

Mədəaltı vəzin hiperfunksiyası zamanı müşahidə edilən əlamətlər:

  • Diabetə meyillilik
  • Qeyri-sağlam iştaha
  • Konyuktivit
  • Hiperlipidemiya
  • Qıcıqlanmış mədə
  • Astma, xroniki bronxit
  • Rinit (zökəm)
  • Xoralı kolit

Mədəaltı vəzin hipofunksiyası zamanı müşahidə edilən əlamətlər:

  • Günorta yuxuya meyillilik
  • Kistaların yaranmasına meyillilik
  • Oynaqlarda zəiflik və ağrı
  • Ayaq damarlarında varikoz genəlmə
  • Diş əti qanaxmaları
  • Qarında köp, şişkinlik
  • Bədəndə yara və sızanaqlar

İntensiv  insulinoterapiya  strategiyası

ÇV (çörək vahidi, karbohidrat vahidi) – alman diyetoloqları tərəfindən işlənib hazırlanmış və ərzaq məhsullarının tərkibində karbohidratların miqdarını şərti təyin etmək üçün istifadə edilir. Orta hesabla 1ÇV-i 12 qram qəbul edilmişdir.

Bilirsinizmi...

  • Gün ərzində 25 ÇV-dən çox qəbul etmək olmaz!
  • Bir dəfəyə qida qəbulu zamanı 6-7 ÇV-dən artıq qəbul etməyin!
  • 1 ÇV qanda şəkərin miqdarını 2.77 mmol/l artırır.
  • Qəbul edilmiş 1 ÇV-nin mənimsənilməsi üçün 1.4 TV qısamüddətli təsirə malik insulin tələb olunur.
  • Bu cür qidalanma nəinki faydalı və dietikdir, həm də dadlı və rəngarəngdir.

Effektiv insulinoterapiya üçün pasiyent nələri bilməlidir:

  • Çörək vahidlərini və bu cədvəllə işləməyi.
  • Daima qanda şəkərin miqdarını.
  • Qanda şəkərin miqdarına uyğun insulin vahidinin düzgün təyinini.

Müxtəlif kontingentlərə daxil olan insanların karbohidratlara olan sutkalıq tələbatının çörək vahidləri ilə ifadəsi

Kontingent

Çörək vahidləri (ÇV)

Ağır fiziki işlə məşğul olanlar və ya çəki defisiti olan insanlar

25-30 ÇV

Orta ağırlıqlı işlə məşğul olanlar və ya orta çəkili insanlar 

20-22ÇV

Oturaq işlə məşğul olanlar və ya normal çəkili insanlar 

15-18 ÇV

50 yaşdan yuxarı, fiziki aktivliyi aşağı olan və şəkərli diabetdən əziyyət çəkənlər 

12-14 ÇV

2A dərəcəli piylənməsi olan insanlar

10 ÇV

2B dərəcəli piylənməsi olan insanlar 

6-8 ÇV

Karbohidrat tərkibli məhsulların çörək vahidləri ilə əvəz olunma cədvəli

Çörək və bulka məmulatları
1 ÇV = ...
Ağ çörək
1 dilim
20 q
Çovdar çörəyi
1 dilim
25 q
Bulka
1/2 hissə
20 q
Quru peçenye
5 ədəd
15 q
Suxari
2 ədəd
15 q
Çəkilmiş suxari
1 x. q.
15 q
Makaron məmulatları
1 ÇV = ...
İstənilən makaron növü
Formasından asılı olaraq 1-2 x. q.
15 q
Buğda və yarma məmulatları
1 ÇV = ...
Qarabaşaq
1 x. q.
15 q
Qarğıdalı
1/2 ədəd
100 q
Manna
1 x. q.
15 q
İstənilən növ un
1 x. q.
15 q
Yulaf
1 x. q.
15 q
Arpa
1 x. q.
15 q
Darı
1 x. q.
15 q
Düyü
1 x. q.
15 q
Kartof
1 ÇV = ...
Kartof
1 toyuq yumurtası ölüsündən bir qədər böyük
65 q
Kartof əzməsi
2  dolu x. q.
75 q
Qızardılmış kartof
2 dolu x. q.
35 q
Meyvə və giləmeyvələr
1 ÇV = ...
Ərik
2—3 ədəd
110 q
Heyva
1 ədəd iri
140 q
Ananas
1 eninə dilim
140 q
Qarpız
1 dilim
270 q
Portağal
1 ədəd orta
150 q
Banan
1/2 ədəd orta
70 q
Üzüm
12 ədəd orta
70 q
Albalı
15 ədəd
90 q
Nar
1 ədəd iri
170 q
Armud
1 ədəd orta
90 q
Yemiş
1 dilim
100 q
Böyürtkən
8 x. q.
140 q
Əncir
1 ədəd
80 q
Кivi
1 ədəd iri
110 q
Çiyələk
10 ədəd orta
160 q
Rus alçası
6 x. q.
120 q
Moruq
8 x. q.
150 q
Naringi
2-3 ədəd orta
150 q
Şaftalı
1 ədəd iri
120 q
Gavalı
4 ədəd orta
90 q
Qarağat
7 x. q.
140 q
Хurma
1 ədəd orta
70 q
Alma
1 ədəd orta
90 q
Süd və süd məhsulları
1 ÇV = ...
Süd
1 stəkan
200 ml
Qatıq
1 stəkan
200 ml
Qaymaq
1 stəkan
200 ml
Digər məhsullar
1 ÇV = …
Qazlı içki
1/2 stəkan
100 ml
Dondurma
1 pors
65 q
Şəkər tozu
1 x. q.
10 q
Qənd
1 tikə
10 q
Yaşıl noxud
7 x. q.
100 q

Şəkərli diabet zamanı hansı məhsullardan istifadəni məhdudlaşdırmaq lazımdır?

1. Şəkər, süni şirinləşdirici maddələr və bal.
2. Konfetlər.
3. Tərkibində sonu -ol və -oza ilə bitən inqrediyentlər olan məhsullar.
4. Dənli bitkilər, yarmalar.
5. Tərkibində çoxlu karbohidrat olan tərəvəzlər (kartof, kök, çuğundur, paxlalılar)
6. Şirin meyvələr (banan, üzüm, çiyələk, gilas, yemiş)
7. Süd, yağlı qaymaq, pendir, kəsmik.
8. İstənilən fast-fud.
9. İstənilən şirin meyvə şirələri.
10. Doymuş yağlarla zəngin olan qidalar (yağlı ət, piy).

14 noyabr şəkərli diabet xəstəliyinin öyrənilməsində böyük işlər görmüş Kanada fizioloqu Frederik Qrant Bantinqin ad günüdür, onun şərəfinə bu gün 2006-cı ildən ümumdünya şəkərli diabetlə mübarizə günü kimi qeyd olunur.