Vərəm və fitoterapiya

fVərəm (lat.tuberculum - qabarcıq deməkdir) insan və heyvanlarda (əsasən iri buynuzlu öküz, donuz, toyuq) rast gəlinən yoluxucu xəstəlik olub, turşuyadavamlı mikobakteriyaların Mycobacterium tuberculosis (Kox çöpləri) bir neçə növləri tərəfindən törədilir. Vərəm sosial xəstəlik olub, XX əsrə qədər praktik sağalmayan xəstəliklər sırasına daxil idi.

TARİXİ MƏLUMAT

Hətta infeksion xəstəliklər barədə geniş məlumat olmayan bir dövrdə belə hesab edirdilər ki, vərəm yoluxucudur. Hammurapinin qanunlarında ağciyər vərəminin əlamətləri olan qadınla ailə qurmaq qadağan edilmişdi. İlk dəfə vərəmin yoluxucu təbiətə malik olmasını 1879-cu ildə alman patoloqu Yulius Konheym təsdiqləmişdir. Vərəm çöplərini isə ilk dəfə 1882-ci ildə Robert Kox 17 illik əməkdən sonra vərəmli xəstənin bəlğəmində aşkar etmişdir. Onun şərəfinə bu çöplər Kox batsilləri adlandırılmışdır. Bundan əlavə o, 1890-cı ildə vərəm kulturasından tuberkulini əldə edərək onun diaqnostik məqsədlə dərialtı yeridilməsini təklif etmişdir. 1912-ci ildə Avstriya-Macarıstan tədqiqatçısı Anton Qon isə birincili vərəm ocağını (Qon ocağı) aşkar etdi. 1919-cu ildə mikrobioloq Alber Kalmet və baytar-həkim Kamil Jeren (Fransa) vərəm əleyhinə peyvənd üçün vərəm mikobakteriyalarının peyvənd ştammlarını yaratdı.

aSTATİSTİKA

Saxaradan cənubda yerləşən Afrika ölkələrində,nisbətən də Asiyada vərəmin 2007-ci ilə olan yayılma göstəricisi (hər 100000 nəfərə düşən) ən yüksək olmuşdur. ÜST-nın verdiyi məlumata görə təxminən bütün dünya əhalisinin 1/3-i, yəni 2 miyard insan vərəmlə yoluxmuşdur. Hal-hazırda dünyada hər il 9 milyon insan vərəmə yoluxur, onlardan isə 3 milyonu ağırlaşmadan vəfat edir. Xəstəliyə tutulma 18-26 yaşlı əhali arasında dominantlıq təşkil edir. Aşağıda qeyd olunan faktorlar insanın vərəmə qarşı həssaslığını artırır:

  • QİÇS( qazanılmış immun çatışmazlıq sindromu)
  • Siqaret çəkmə (günə 20 ədəddən çox)
  • Diabet
  • Həbsxana həyatı

VƏRƏMİN TÖRƏDİCİSİ

Vərəmin törədiciləri Mycobacterium cinsindən olan turşuyadavamlı bakteriyalardır. Bu mikobakteriyaların cəmi 74 növü məlumdur. Onlar torpaqda, suda, insan və heyvanların arasında geniş yayılmışdır. İnsanda yalnız aşağıdakı növ mikobakteriyalar vərəm törədə bilir: Mycobacterium tuberculosis (insan növü), Mycobacterium bovis (öküz növü), Mycobacterium bovis BCG (öküz növünün BSJ ştammı), Mycobacterium africanum, Mycobacterium microt, Mycobacterium canettii. Əsas növ əlamətləri onların patogenliyidi. Virulentlikləri isə xarici mühit faktorlarından və makroorqanizmin vəziyyətindən asılı olaraq dəyişir.

VƏRƏMİN KLİNİK FORMA VƏ ƏLAMƏTLƏRİ

Əksər hallarda vərəm tənəffüs sistemini zədələyir (əsasən ağciyər və bronxları). Lakin digər orqanların yoluxması da mümkündür. Məhz buna görə də vərəmin 2 növü ayırd edilir:

  • AĞCİYƏR VƏRƏMİ
  • AĞCİYƏRDƏN KƏNAR VƏRƏM
  • Həzm sisteminin vərəmi (əsasən nazik və kor bağırsaq)
  • Sidik-cinsiyyət sisteminin vərəmi
  • Mərkəzi sinir sisteminin və beyin qişalarının vərəmi (vərəm meningiti)
  • Sümük və oynaqların vərəmi (əsasən fəqərələr)
  • Dərinin vərəmi
  • Gözün vərəmi

 Ağciyər vərəmi uzun müddət simptomsuz davam edə və təsadüfən flüoroqrafiya , ya da rentgen zamanı aşkar oluna bilər. Bundan əlavə vərəmi aşkar etmək üçün tuberkulin sınağı da qoyula bilər.

İlk əvvəl vərəm özünü intoksikasiyanın qeyri-spesifik əlamətləri ilə göstərir: zəiflik, halsızlıq, həddən artıq yorğunluq, əzginlik, apatiya, subfebril temperatur (37ºC, nadir hallarda 38ºC-dən yuxarı), xüsusən gecələr çoxlu tərləmə, arıqlama. Bu zaman limfa düyünləri də böyümüş olur (limfadenopatiya). Laborator müayinə zamanı vərəmli xəstələrin qanında aşkar olunur: anemiya (eritrosit və hemoqlobinin azalması), mülayim leykopeniya (leykositlərin azalması). Bəzi mütəxəssislərin fikrinə görə bunun əsas səbəbi mikobakteriya toksinlərinin sümük iliyinə təsiridir.Xəstəliyin gedişində artıq ağciyər vərəminin spesifik əlamətləri üzə çıxmağa başlayır: öskürək, bəlğəmin gəlməsi, ağciyərlərdə xırıltı, bəzən tənəffüsün çətinləşməsi və ya döş qəfəsində ağrı (prosesə plevra da cəlb olunarsa), qanhayxırma. Bağırsaq vərəmində isə bağırsaq pozğunluqları-qəbizlik, ishal, nəcisdə qanın olması və s. kimi spesifik əlamətlər olur. Bir qayda olaraq ağciyərlər birinci, digər orqanlar isə hematogen yolla ikincili olaraq zədələnir. Lakin həmişə yox. Bəzən vərəm birinci ağciyəri deyil, başqa bir orqanı zədələyir.


PROFİLAKTİKA

Hal-hazırda vərəmin əsas profilaktikasında KBJ (BSJ) peyvəndlərindən istifadə olunur. Bu peyvəndlər doğum evlərində körpələrə doğuşun 3-7-ci günü əks göstəriş olmadıqda vurulur.

 


 

MÜALİCƏSİ

Vərəmin müalicəsində antibiotikoterapiya tətbiq olunur. İlk istifadə olunan mikrobəleyhinə preparat streptomisindir.

VƏRƏMİN XALQ TƏBABƏTİ ÜSULLARI İLƏ                MÜALİCƏSİ

Vərəm xəstəliyinin müalicəsində bir sıra xalq təbabəti üsulları da tətbiq olunur.
Ağciyər vərəminin müalicəsi üçün damotu və kasnı kökləri çay əvəzi dəmlənib 1 stəkan gündə 3 dəfə olmaqla 9 həftə müddətində istifadə edilir. Bu dərman bitkiləri ağciyəri irindən təmizləyir, ordakı çapıqlaşma prosesini sürətləndirir.

30 qr şirpəncəsinin üzərinə 1 litr üzüm şərabı əlavə edib, odun üzərində qaynadılır, soyudulur. Kavernoz vərəmdə gündə 3-5 qədəh olmaqla daxilə qəbul edilir.

1 xörək qaşığı motmotu (krıjovnik) 1stəkan qaynar suda 1saat dəmlənir, gündə 3 dəfə 1/3 stəkan olmaqla daxilə qəbul edilir.

1:1 nisbətində qurdpəncəsi və biyan kökləri qarışdırılır, qarışıqdan 3 xörək qaşığı götürülüb üzərinə 0,5 litr qaynar su əlavə edilir, hər gün 5-6 dəfə 1 xörək qaşığı olmaqla daxilə qəbul edilir.

1:1:1 nisbətində zirə toxumu, adaçayı yarpağı və boymadərən otu qarışdırılır. Bu qarışıqdan 1 xörək qaşığı götürülüb 1 stəkan qaynar suda dəmlənir, gün ərzində 2-3 stəkan olmaqla 2-3 ay ərzində gecə tərləmələrində qəbul edilir.

1:2:3 nisbətində ardıc meyvəsi, çöl qatırquyruğu otu, qurdpəncəsi kökü qarışdırılır. 3xörək qaşığı qarışığın üzərinə 0,5l qaynar su tökülüb 30 dəqiqə dəmlənir, gün ərzində 2-3 qurtum içilir.

Gicitkənin kök və yarpağından 1xörək qaşığı götürülür.

Sarımsaq şirəsi və onun maye ekstraktı güclü antibakterial vasitə kimi vərəm çöplərinin inkişafını dayandırdığından (bakteriostatik təsir) vərəmli xəstələrə gün ərzində hər 2 saatdan bir 1-2 diş sarımsaq yemək tövsiyə olunur.

İrinli bəlğəm ifraz edən xəstələr 1 baş sarımsağı 100 qr paxla ilə qaynadıb, gün ərzində 2 dəfəyə qəbul etsinlər.

Bir neçə diş sarımsaq xırdalanır, dərin qazanda bir miqdar su ilə zəif odda 20 dəqiqə qızdırılır, ocaqdan götürülüb buxarı ilə 15 dəqiqə inhalyasiya edilir. Sonra isə isti bürünüb yatmaq tövsiyə olunur. Paralel olaraq yaxşı olar ki,1:1 nisbətində bitki yağı ilə qarışdırılmış sarımsaq şirəsi ilə sinə və kürək nahiyələri masaj edilsin.

Bununla yanaşı Vərəm xəstəliyi zamanı simptoları yüngülləşdirmək məqsədi ilə HERBA FLORA şirkətində istehsal olunan TEABRONX çayı qəbul etmək olar.

PƏHRİZ

Vərəmli xəstələrə çox tutumlu və tez-tez (2-3 saatdan bir) qidalanma məsləhət görülür. Onların rasionu daha çox süd və süd məhsulları, yumurta ilə zənginləşdirilməlidir. Əvvəl 2-3 stəkandan başlamaqla südün miqdarı gün ərzində 1 litrə və daha çox qaldırılmalıdır. Hər gün 5-6 ədəd boş bişmiş yumurta yeməli. Yeməkdən əvvəl az miqdar balla qarışdırılmış turp, kök, çuğundur şirəsi, yeməkdən sonra isə limon şirəsi ilə qarışdırılmış çiy yumurta sarısı qəbul etmək məsləhətdir. Qabıqla bişmiş kartofdan, iyul-fevral aylarında isə çiy kartof şirəsindən istifadə etmək də faydalıdır. Rasionda xörək duzunun miqdarı tamamilə azaldılmalıdır.