Bakterial vaginozlar

tHələ keçən əsrin ortalarına kimi həkimlər belə hesab edirdi ki, bakterial vaginoz cinsi yolla keçən zöhrəvi xəstəlikdir. Lakin sonrakı araşdırmalarda aydın oldu ki, bu heç də belə deyil. Xəstəliyin digər bir rast gəlinən adı qardnerellyozdur. Bakterial vaginoz vaginal mikrofloranın disbalansı deməkdir. Bu xəstəlik xüsusilə uşaqlıq yolunun səthi iltihabına səbəb olur. Qadınların 20-30 %-ində rast gəlinir.

Etiologiya. Vaginozun yaranmasında 2 faktor mövcüddur:

Xarici faktor:

1.Şırınqaların uzun müddətli tətbiqi (xüsusilə xlorheksidinlə)

2.Uşaqlıqdaxili spiral və vaginal tamponların istifadəsi ( menstruasiya vaxtı )

3.Cinsi partnyorların çoxluğu və tez-tez dəyişilməsi

4.Geniş təsir spektrli vaginal həb və şamların istifadəsi

5.Göbələk əleyhinə, şiş əleyhinə, hormonal və şüa terapiyasından sonra

6.Antibiotik və immunodepressantların qəbulu

7.Sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri

Daxili faktor:

1.Bağırsaq disbakteriozu

2.Hormonal fonun pozulması (cinsi yetkinlik,hamiləlik)

3.İmmun sistemin zəifləməs

Normal vaginal mikrofloranın daimi sakinləri süd turşulu bakteriyalar-laktobatsillər hesab olunur. Onlar süd turşusu və hidrogen-peroksid əmələ gətirərək şərti-patogen mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Növbəti mikroorqanizmlərə də normal vaginal mikroflorada rast gəlmək olar: bakteroidlər, pentokoklar, eubakterlər, bifidumbakterlər, qardnerellalar, mikoplazmalar və s. Xəstəlikdə mikroorqanizmlərin növü deyil, xüsusilə onların miqdarı əsas əhəmiyyətə malikdir. Doğuşdan sonra artıq ilk 12 saat ərzində laktobatsil olan Döderleyn çöpləri qızlarda uşaqlıq yolunda məskunlaşmağa başlayır. Onlar vaginal epitelin qlikogenini parçalayaraq oradakı mühitin pH-nı turş istiqamətə dəyişir.

Klinika. Xəstəliyin inkubasiya dövrü 5 gündən 3 həftəyə, ortalama 7-10 günə qədərdir. Bakterial vaginozun əsas əlamətləri aşağıdakılardır:

1.Xoşagəlməz balıq qoxusuna malik, bozumtul-ağ rəngli və duru konsistensiyalı həmcins ifrazat.

2.Uzun müddətli vaginozlarda isə yaşılımtıl-sarı, qatı və köpüklü ifrazat.

3.Xarici cinsiyyət üzvləri nahiyəsində qaşıntı.

4.Tez-tez və ağrılı sidik ifrazı.

5.Cinsi əlaqə zamanı ağrının güclənməsi.

Ağırlaşmalar. Xəstəliyin əsas ağırlaşmaları aşağıdakılardır:

  • Salpingit.
  • Salpinqooforit.
  • Abort və doğuş sonrası endometrit.
  • Vaxtından əvvəl doğuş.
  • Xorionamnionit.
  • Patoloji uşaqlıq qanaxmaları.

lDiaqnoz. Vaginozlarda mikroskopik və mikrobioloji müayinələr zamanı qardner çöplərinə praktik olaraq həmişə rast gəlinir. Diaqnoz klinik mənzərəyə və laborator müayinələrin nəticələrinə əsasən qoyulur.

Müalicə. Bakterial vaginozların müalicəsi çətin və uzun müddətlidir. Bu zaman şərti-patogen mikroorqanizmlərin inkişafını dayandıran ( antiprotozoylar ), normal vaginal mikrofloranı bərpa edən ( biopreparatlar ), ümumi və yerli immuniteti stimullaşdıran

( immunomodulyatorlar , biogen immunostimulyatorlar ) dərman preparatlarından istifadə olunur. Subyektiv əlamətlərin itmə və laborator göstəricilərin normallaşmasına görə müalicənin effektivliyi qiymətləndirilir. Onu da qeyd etməliyik ki, istənilən növ müalicədə xəstəliyin residivvermə ehtimalı çox yüksəkdir.

Fitoterapiyanın əsas prinsipləri. Ot dəmləmələrini içməzdən öncə orqanizmin hormonal fonunu aydınlaşdırmaq lazımdır. Xüsusən sonsuzluğun müalicəsində estradiol ( tsiklin І yarısında ) və progesteronun ( tsiklin ІІ yarısında ) miqdarı təyin olunmalıdır. Lakin hər ehtimala qarşı prolaktin, T3, T4, TSH, FSH, LH, androgenlər ( testosteron, kortizol, DHEA-S ) də yoxlanılmalıdı. Sonra isə...

-Nəyin müalicə olunacağını dəqiq təyin etməli.

-Dərman bitkilərinin istifadəsinə olan göstəriş və əks göstərişləri bilməli.

-Dərman bitkiləri ilə hormonal preparatları birgə təyin etməməli.

-Dərman bitkiləri ilə müalicə uzun müddətli olduğundan tez bir zamanda effekt əldə olunacağını gözləməməli ( kurs adətən 1-3 ay davam edir )

Bakterial vaginozların müalicəsində fitoterapiyanın əsas üstünlükləri ondan ibarətdir ki, digər dərman preparatlarından fərqli olaraq bitkilər təkcə mikroorqanizmlərə deyil, həm də kompleks şəkildə sinir, endokrin, qan-damar və digər sistemlərə təsir göstərir.

Yerli müalicə üçün istifadə olunan fitoyığıntıların tərkibindəki bitkilər bərabər nisbətlərdə götürülür. Fitoyığıntılardan yerli vanna üçün dəmləmələr bu şəkildə hazırlanır: 2 xörək qaşığı xırdalanmış yığıntının üzərinə 2 stəkan qaynar su əlavə olunub ağzı bağlı şəkildə qaynayan su hamamında 15-20 dəqiqə qızdırılır. Sonra 1 saat müddətinə dəmlənir,soyudulur. Dəmləmə 2l qaynar suya əlavə olunaraq oturaq vanna şəklində gündə 1-2 dəfə 15-20 dəqiqə müddətinə 7-10 gün tətbiq edilir. Fitoterapiyanın effekti 2-3 həftə gec üzə çıxsa da, müntəzəm riayət olunduqda müsbət nəticə əldə olunur. Onu da qeyd edək ki, bu fitoyığıntılar dərman preparatları ilə birgə tətbiq olunmalıdır.

  • Dağ tərxunu çiçəyi, tozağacı, qaragilə və şirpəncəsi yarpağı.
  • Adi palıd qabığı, aptek çobanyastığının çiçəyi, ətirşah, üçrəng bənövşə və adi yovşan otu.
  • Qurdpəncəsi kökü, gülümbahar çiçəyi, meşə gilası, bağayarpağı yarpağı, boymadərən və kəklikotu.
  • Dərman gülxətminin kökü, palıd və titrək qovağın qabığı, yovşan otu.
  • Badan kökü, yağıotu yarpağı, lavanda və üçrəng bənövşə.
  • Zəyərək toxumu, başınağacı qabığı, üçyarpaq yoncanın çiçəyi, çğl qatırquyruğu otu və dəmrovotu.
  • Gicitkən, tozağacı, dəvədabanı yarpağı, meşə gilası, keşniş toxumu və ardıc meyvəsi.
  • Zəncirotu və cəbrayılotu kökü, qaragilə yarpağı, gülümbahar və quşqonmaz çiçəyi, dazı otu və nanə.
  • Uca andızın, şirin biyanın kökü, quşqonmaz və yovşan otu.

Ümumi müalicə üçün istifadə olunan fitoyığıntıların tərkibindəki bitkilər də bərabər nisbətlərdə götürülüb xırdalanır. Bu zaman dəmləmələr bu şəkildə hazırlanır: 2 xörək qaşığı yığıntının üzərinə 0.5 l qaynar su əlavə olunub termosa tökülür və bütün gecəni saxlanılır. Gündə 3-4 dəfə 1/3-1/4 stəkan olmaqla 2-3 ay müddətinə qəbul edilir.

  • Dərman gülxətmi və şəbbugülünün kökü, şam tumurcuğu, gicitkən və qaragilənin yarpağı, xəşəmbül, lavanda, yovşan, quruca otu.
  • Badan kökü, üçyarpaq yonca və dağ tərxunu çiçəyi, ayıqulağı, dəvədabanı və evkalipt yarpağı, nanə.
  • Tozağacı yarpağı, andız və biyan kökü, quşqonmaz və çobanyastığı çiçəyi, kəklikotu, nanə, dəmrovotu və ətirşah.
  • Andız və şəbbugülü kökü,başınağacı qabığı, dağ tərxunu çiçəyi,  bağayarpağı və mərcangilə yarpağı, lavanda və öksə otu.
  • Andız və şəbbugülü kökü, çobanyastığı çiçəyi, qarağat yarpağı, boymadərən, yatıqqanqal və yovşan.
  • PROFEMİN çayından şırınqa üsulu kimi mütəmadi olaraq istifadə.