Fəsil depressiyaları

e

Elə bir insan tapmaq olmaz ki, oturub boz payız günlərini, darıxdırıcı qış gecələrini səbirsizliklə gözləsin. Əksəriyyətimiz özümüzü günəşli, isti yaz və yay aylarında daha yaxşı hiss edirik. Düzdü, elələri də var ki, qış fəslini çox sevir. Hələ 10 il bundan öncə insanlar soyuq fəsillərdə özlərində yaranan bu dəyişiklikləri başa düşə və ya nə iləsə əlaqələndirə bilmirdi.

Lakin sonradan Norman Rozental “Beynin fəsillə əlaqədar işi” əsərində fəsillə əlaqədar olaraq insan əhval-ruhiyyəsində mənfi istiqamətdə cüzi dəyişikliklərin depressiyaya qədər gəlib çıxdığını göstərmiş və onun kolleqaları da bu fenomenə fəsil depressiyaları (SAD - Seasonal Affective Disorder) adını vermişdir.

d

Fəsil depressiyaları mövcud depressiyaların 10%-ni əhatə edir. Bu halın səbəbləri tam axıradək öyrənilməyib. Qadınlarda, xüsusilə də yeniyetmələrdə kişilərə nisbətən daha çox rast gəlinir.

Hər il 10 milyondan artıq insan sentyabr və aprel aylarında, xüsusilə də dekabr və fevralda depressiyalardan əziyyət çəkir. Fəsil depressiyası diaqnozunu o zaman qoymaq olar ki, yorğunluq, daima yuxulu olmaq, qidalanmanın zəifləməsi kimi əlamətlər insanda minimum 2-3 il dalbadal özünü büruzə versin.

Affektiv fəsil pozğunluqları – fəsil depressiyaları payız-qış fəsillərində meydana çıxıb yaz-yay aylarında keçib gedir. Fəsil depressiyalarının yaranmasının əsas səbəbi günəş işığının çatışmazlığı hesab edilir. Bu isə öz növbəsində insan orqanizmində sirkad (sutkalıq) ritmlərdə dəyişikliklərin yaranmasına və bir sıra hormonların, xüsusilə də melotonin sintezinin pozulmasına səbəb olur.

f

Fəsil depressiyalarının əsas klinik əlamətləri:

  • Yuxu müddətinin uzanması, oyanmanın çətinləşməsi, səhər tezdən əzginlik, bütün günü yuxulu olma, bəzən daha erkən oyanmalar, bir daha yata bilməmək.
  • əhval-ruhiyyənin enməsi, özünü qiymətləndirmə və dəyərləndirmənin azalması, çarəsizlik, ümidsizlik hissləri, ağlağanlıq, narahatlıq, həyata qarşı marağın azalması, müsbət emosiyaların yox olması, gündəlik adi işlərin yerinə yetirilməsində çətinliyin yaranması.
  • Həyəcanlanma, qıcıqlanma, əsəbilik, daxili gərginlik, stressə qarşı dözümlülüyün azalması.
  • İştahanın artması, çəkinin artmasına səbəb olan şirin un məmulatlarına qarşı böyük bir həvəsin olması.
  • Fiziki əlamətlər: qarında və oynaqlarda ağrı, gücün, qüvvətin, müxtəlif iltihabi xəstəliklərə, soyuqdəyməyə qarşı dözümlülüyün azalması.
  • Sosial problemlər: sosial kontaktlardan, dostlarla, yaxınlarla ünsiyyət və münasibətlərdən qaçma.

Fəsil depressiyalarına istənilən yaş periodunda, xüsusilə də 18-30 yaş intervalında rast gəlmək olar. Fəsil depressiyalarının əlamətləri yaz vaxtı 3-4 həftəyə qəfildən və ya tədricən konkret ərazidə günəş şüalarının intensivliyindən asılı olaraq yoxa çıxır.

Bu zaman effektiv müalicə işıqterapiyasıdır. Bu terapiyada istifadə olunan işığın parlaqlığı kifayət qədər maksimum olmalı, yəni 2500 lyuksdən aşağı olmamalıdır. 2500 lyuks işıq parlaqlığına görə yaxşı işıqlandırılmış ofis otağından 5 dəfə artıqdır. Beləki, məişət otaqlarında işıqlanma adətən 200 lyuksdan artıq olmur. Depressiv halın ağırlıq dərəcəsindən asılı olaraq işıqterapiyası xüsusi işıq bokslarında 30 dəqiqədən 2 saata qədər müddətə aparılır. Şüanın gözün buynuz qişasına 30-40° altında düşməsi kifayətdir. Seans vaxtı pasiyent kitab oxuya, televizora baxa və ya komputerlə işləyə bilər. Seanslardan 1-2 həftə sonra müsbət effekt əldə edilir. Müalicə kursu ilin bütün bu “boz, tünd” fəsli boyunca davam etdirilir.

d

Bəs onda fəsil depressiyaları ilə qış aylarında isti, günəşli ölkələrə getmədən necə mübarizə aparmaq olar? 

Ekspertlərin fikrinə görə aşağıdakı məsləhətlər sizə bu barədə kömək edə bilər:

© Səhər işığından saat 6:00-dan 8:00-adək həzz almağa çalışın. Bunun üçün sadəcə olaraq gəzintiyə çıxa və ya böyük bir pəncərə önündə əyləşə bilərsiniz.

© Tərkibində triptofan aminturşusu olan qidalardan çox istifadə edin. Bu qidalara aiddir: hind quşu əti, süd və süd məhsulları, yumurta zülalı, meyvələr, çərəzlər, şokolad.

© Alkoqol və kofeinlə özbaşına müalicə olunmayın. Bu məhsullar sizin əhval-ruhiyyənizi müvəqqəti olaraq qaldıra, hardasa antidepressant ola bilər, lakin sonradan sizdə davamlı depressiya halı da yarada bilər.

© Müntəzəm olaraq fiziki məşqlər edin.

© Naharınızı həyətdə açıq havada edin.

© Gün ərzində 2-3 dəfə NEVRONAT şərbəti qəbul etmək.

© İş və gündəlik məişət həyatınızda müəyyən bir gündəlik qrafikə istinad edərək yaşayın.

Antidepressantların qəbulu isə məsləhət deyil. Bu sadəcə yorğunluq və əzginliyi daha da artırmış olacaq.