Dırnaqlarla diaqnoz
Onixologiya dırnaqlar haqqında elmdir.
Dırnaqların əsasını keratin zülalı təşkil edir. Keratinin dırnaqlardakı sıxlığı kükürd atomlarının miqdarından asılıdır. Dırnaqda kükürd nə qədər çoxdursa, onun sərtliyi və möhkəmliyi də bir o qədər artıqdır. Keratin qatları arasında çox nazik piy və su qatı mövcuddur. Məhz bu qatlar dırnaq lövhəciklərinə elastiklik və parıltı verir. Hər bir dırnaq 4-6 aydan sonra tamamilə yenilənir. Normal sağlam dırnağın qalınlığı 0,3 mm, forması hamar və düz, rəngi isə solğun çəhrayıdır. Dırnaqların funksiyası barmaqların son uc falanqasını mexaniki zədələnmələrdən qorumaqdır.
Maraqlı faktlar:
- Dırnaqlar qadınlarda kişilərə, yayda qışa, işlək əldə o birinə nisbətən daha tez böyüyür.
- Dırnaqlar (hər həftə 1-2 mm) tüklərə nisbətən daha sürətlə uzanır. Bununla yanaşı hormonal dəyişiklik (yetkinlik dövrü, menstruasiya, hamiləlik, yaz vaxtı, ciddi pəhrizlər və s.) də dırnaqların böyümə prosesinə təsir göstərir.
Dırnaqlar nədən xəbər verir?
Rənginə görə...
- Solğun-çəhrayı – sağlamlıq
- Sarı – qaraciyər patologiyaları
- Parlaq-qırmızı – eritremiya
- Bənövşəyi-mavi – anadangəlmə ürək qüsuru
- Göyümtül – ürək-damar patologiyaları
- Ağ – böyrəküstü vəzin qabıq maddəsinin zədələnməsi (Addison xəstəliyi)
- Ağımtıl-süd – qaraciyər sirrozu
- Qara – çiyin arteriyasının trombozu və diabetik qanqrena
- Boz – malariya tutması zamanı
- Dırnaq üzərində ağ ləkələr – mərkəzi sinir sisteminin pozğunluğu
- Dırnaq üzərində sarı ləkələr – beyin fəaliyyətinin pozulması
- Solğun və dırnaq üzərində uzununa şırımlar – anemiya, dəmir və digər vitamin çatışmazlıqları
- Rəngsiz dırnaqlar – stress və allergiya
Forma və strukturuna görə...
- Qabarıq və həcmli saat şüşəsinə bənzər dırnaqlar – xroniki tənəffüs, ürək-damar sistemi və qaraciyər xəstəlikləri
- Qaşığı xatırladan içəriyə doğru qatlanmış nazik və kövrək dırnaqlar – mineral mübadilənin pozulması, dəri problemləri, anemiya, qalxanabənzər vəzi çatışmazlığı
- Bütün barmaqların dırnaq kökündə ağ rəngli nazik ayparanın olmaması - B12 vitamin çatışmazlığı, nevroz, qalxanabənzər vəzin funksional çatışmazlığı
- Deşikli dırnaq – dalaq və ya mədəaltı vəzin çatışmazlığı
- Eninə ağ ştrixli dırnaqlar – sink və ya kalsiumun çatışmazlığı
- Dırnaq kökündə qırmızı rəngli nazik ayparanın olması – kardio-vaskulyar, autoimmun və ya endokrin pozğunluqlar, revmatik xəstəliklər
- Dırnaq kökündə mavi rəngli nazik ayparanın olması – qaraciyərin funksional çatışmazlığı
- Nazikləşmiş dırnağın ön azad kənarında parçalanmanın olması – qurd xəstəlikləri
- Dırnaq kökündəki ayparanın həddən artıq böyüməsi – ürək fəaliyyətinin zəifləməsi, taxikardiya
- Dərinləşmiş eninə zolaqların olması – dırnaq böyüməsinin müvəqqəti ləngiməsi
- Dərinləşmiş eninə novların olması – balanslaşdırılmamış qidalanma və ya müalicəsiz qalmış tam sağalmayan xəstəliyin olması
- Uzununa şırımların olması – revmatik xəstəliklərə meyilliliyin olması, həzm pozğunluqları, ümumi yorğunluq, menstrual tsiklin qeyri-müntəzəmliyi, cinsi zəiflik, yuxusuzluq və depressiya
- Yeyilmiş dırnaq – bağırsaqda parazitlərin olması, mineral çatışmazlıq
- Dırnaqların üçbucaq şəklində olması – fəqərə sümükləri və onurğa beynində problemlərin olması
- Kövrək və asanlıqla sınan dırnaqlar – dəmir, kalsium, vitamin A və D çatışmazlığı, böyrək funksiyasında pozğunluq
- Dırnaqların laylanması – qan dövranı, cinsi və sinir sistemində pozğunluqların olması
Hətta dırnaqlar insan xarakterindən də xəbər verə bilər.
Beləki...
1. Dördbucaqlı dırnaqlar: Belə dırnaqları olanlar səliqəni çox sevirlər. Ən çətin anlarda çıxış yolu tapır, yaxınlarını çox sevirlər. Diqqətcildirlər, kimdənsə asılı olmağı xoşlamırlar.
2. Uzunsov dırnaqlar: Bu cür dırnaq sahiblərinin sanki gizli enerji mənbəyi var. Realistdirlər.Keçmişi xatırlamağı xoşlamayıb, gələcəyə ümidlə baxırlar.
3.Üçbucaq dırnaqlar: Optimistdirlər, həyatlarında baş verən hər bir yeniliyə ümidlə baxırlar. Belə insanlar yaradıcı olurlar.
4.Trapes dırnaqlar: Onlar özünüsevən, başqalarına əhəmiyyət verməyənlərdir.
5.Yumru dırnaqlar: Belələri xəyalpərəst olurlar. Daima xəyal qurur, göz yaşı tökürlər.Bütün uğursuzluqlarda özlərini günahlandırırlar.Yaxınlarına və dostlarına hər zaman uğursuzluq gətirdiklərini düşünürlər.
6.Oval dırnaqlar: Həyatda onları heç nə maraqlandırmır. Çox vaxt mümkünsüz vədlər verirlər. Heç vaxt sözlərinin üstündə durmurlar.