İnkontinans (sidik qaçırması-saxlamamazlığı)

inkontinensİnkontinans (sidik qaçırması) sidik kisəsindən sidiyin qeyri-iradi axmasıdır. Hər cinsdə və yaşda inkontinansın dəyişik tipləri, səbəbləri və müalicə üsulları var. İnkontinans qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Ədəbiyyatda 10-30% rastlanır, yaş artdıqca isə bu faiz daha da artır. Qadınlarda inkontinans bir neçə qrupa ayrılır:

 

Stress tipi – öskürmə, asqırma, ağır bir şey qaldırdıqda, kəskin hərəkətlər zamanı olan sidik qaçırmasıdır. 

Səbirsiz tipi – anidən gələn sidik ifrazı hissindən sonra, tualetə çatmadan öncə sidik qaçırmasıdır.

Mikst inkontinans (qarışıq) tipi – yuxarıda göstərilən hər iki vəziyyətin birlikdə olması ilə olan sidik qaçırmasıdır.

Daşma tipi – sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırmasıdır.

Rastgəlmə tezliyinə görə qarışıq və səbirsiz tip sidik qaçırmaya daha çox rastlanır. Yaş artdıqca isə səbirsiz tip daha çox ön plana çıxır.

Səbəbləri:

-Müvəqqəti sidik qaçırmaya səbəb ola bilən risk faktorları:

  • Sidik yolu infeksiyaları
  • Qəbizlik
  • Sidik kisəsini qıcıqlandıra bilən içkilər (kofe, çay, konservantlar və s.)
  • Hədsiz maye qəbulu
  • Dehidratasiya
  • Dərman qəbulu ( sedativlər, diuretiklər və s. )

-Daimi sidik qaçırmaya səbəb ola bilən risk faktorları:

  • Hamiləlik və doğuş
  • Artıq çəki
  • Uşaqlığın cərrahi olaraq götürülməsi
  • İrsi faktor
  • Nevroloji xəstəliklər (parkinsonizm, dağınıq skleroz və s. xəstəliklər)

Diaqnoz:

İlkin olaraq:

1.Ümumi qiymətləndirmə

2.Həyat keyfiyyəti və müalicə istəyinin dəyərləndirilməsi

3.Fiziki müayinə

4.Qarının müayinəsi və nevroloji araşdırma

5.Anamnez formaları: sidik qaçırma vəziyyəti, tipi, gündəlik həyata nə qədər təsir etdiyi ilə əlaqəli suallar soruşularaq şikayətlər obyektiv olaraq hesablanma aparılır.

iVaginal müayinə və stress testi.

Sidik kisəsi dolu vəziyyətdə olduqda vaginal müayinə ilə sidik kisəsi və uşaqlıq anatomik olaraq dəyərləndirilr. Xəstə gücəndirilərək sidik qaçırma olub-olmadığına baxılır.

Sidik günlüyü.

1, 3 və ya 7 gün ərzində sidiyə çıxma vaxtları, qaçırma vaxtları və hansı halda olduğu, qaçırma miqdarı, alınan mayenin miqdarı ilə əlaqəli qeydlər aparılır. Bunun üçün müəyyən ölçülü qablardan istifadə olunur.

Laborator araşdırma.

Sidiyin ümumi analizi, lazım olan hallarda qan analizi aparılır.

Digər müayinələr.

Sidik ifrazından sonrakı qalıq sidik ultrasonla müayinə olunur, urodinamik, sistoqrafik və sistoskopik müayinələr aparılır.

Müalicə.

Müalicə qaçırmanın tipindən, ağırlığından və yaradan səbəbə görə planlaşdırılaraq fizioterapevtik, etioloji və cərrahi olur.

Davranış müalicəsi.

1)Sidik kisəsinin “təlimləndirilməsi” – sidik ifrazı hissi zamanı onun reallaşdırılmasının öyrədilməsi (dərin nəfəs alıb-vermə, başqa bir hərəkət edib bu hissdən yayınma), ikili sidik ifrazı, sidik ifrazını saxlayıb yenidən davam etmək tövsiyə olunur.

2)Proqramlı sidik ifrazı – Sidik ifrazı hissi olmasını gözləmədən saatlıq ifraz etmə (2-4 saat aralıqlarla).

3)Maye qəbulu, pəhriz və gündəlik vərdişlərin düzənlənməsi, alkoqol, kofe və digər içkilərdən uzaq olmaq, maye qəbulunu məhdudlaşdırmaq, arıqlamaq (şişman xəstələr üçün), ağır fiziki işlərin azaldılması.

4)Çanaq əzələlərinin “məşq etdirilməsi”

Sidik ifrazının həyata keçirilməsində iştirak edən çanaq əzələlərinin məşq etdirilməsi. Bu xüsusilə stress tip sidik qaçırmada önəmli yer tutur.

Medikamentoz müalicə.

Muskarinə həssas reseptorların blokatorlarının effekti 60%-ə yaxındır.

Cərrahi müalicə.

Digər müalicə üsullarının faydası olmadığı hallarda cərrahi müalicə (asqı əməliyyatları) daha məqsədə uyğundur. Son 10 ildə dünyada geniş tətbiq edilən bu üsulun ( TVT,TOT) 2-5 il ərzində faydası 80-90%-ə yaxınlaşmışdır. 

Bəzi fitoterapiya üsulları.

1.Bir az keşniş toxumu toz halına salınıb, balla qarışdırılaraq səhər və axşam bir xörək qaşığı yeyilir.

2.Hər gün bir ovuc balqabaq toxumu yeyilir.

3.Acqarına gündə bir neçə dəfə cavan albalı budaqlarından hazırlanmış çay içmək olar.

4.1 xörək qaşığı xırdalanmış dazıotu kökünün üzərinə 200 ml qaynar su əlavə edilir, 15 dəqiqə zəif odda qaynadılır, dəmlənilir. 4 saat soyuduqdan sonra  içilir.

5.Rus xalq təbabətində dazıotu və qızılçətir otunun eyni miqdarda götürülmüş qarışığından çay dəmlənilib adi qaydada içilir.

6.Böyürtkənin ya da qaragilənin qurudulmuş və ya təzə meyvələri dəmlənilir, gündə 4 dəfə ½ stəkan daxilə qəbul edilir.

7.1 xörək qaşığı bağayarpağı yarpağının üzərinə 200 ml qaynar su əlavə edilib 1 saat dəmlənilir. Süzüldükdən sonra gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl daxilə qəbul edilir.

8.Yuyulmuş və qurudulmuş yumurta qabığı toz halına salınaraq balla qarışdırılır. Qarışıqdan kürəciklər hazırlanıb gündə bir neçə dəfə bir-bir udulur.

9.40-50 qr dərman adaçayı yarpağı 1 litr qaynar suda dəmlənir, alınmış mayedən 1/2-1 stəkan gündə 3 dəfə daxilə qəbul edilir.

10.6 qr toz halına salınmış dərman gülxətmi kökünün üzərinə 200 ml soyuq qaynanmış su əlavə edilir. 10 saat müddətində dəm aldıqdan sonra alınmış maye bütün gün ərzində içilir.

11.HERBA FLORA şirkətində istehsal olunan SEDATİV çayından istifadə etmək məsləhətdir.

Seymur  MEHTİYEV,

həkim-androloq