Ərküdə (İbrahim ağacı) və buxurkolu

erkudeƏrküdə (İbrahim ağacı) - Vitex agnus-castus bitkisini Şərq ölkələrində və Zaqafqaziyada “ağac-çar” adlandırırlar. Ərküdə əxlaq, ismət, təmizlik, bəkarət rəmzi sayılır. Ağacın vətəni Aralıq dənizi sahilləridir. Çox qiymətli və müqəddəs bir ağacdır. Ona görə ki, bir çox din xadimləri bu ağacdan hazırlanmış əsa ilə gəzərdilər.

Bitkinin yarpaqlarında 38 - 118 mq% C vitamini mövcuddur, bununla yanaşı çox şirə verən bitkidir. Meyvələri alkaloidlərlə zəngin olub, həzm prosesini yaxşılaşdırır, orqanizmə tonuslandırıcı təsir göstərir, həmçinin xroniki qaraciyər və dalaq, ginekoloji xəstəliklər zamanı da istifadə edilir. Qızdırma və malariya əleyhinə də təsirləri var. Çiçəklərindən alınan sulu dəmləmə ilə övrə və qoturluq xəstəlikləri zamanı çimmək olar. Belə bir deyim də var ki, ərküdə ağacının altında dincələn, onun ətrini alan hər kəs cavanlaşır. Hətta qış fəslində ağacın fitonsidlərlə zəngin olan budaqlarından ətrafa çoxlu xoş ətir saçılır. Ərəb ölkələrində ərküdənin meyvə və yarpaqları çaya əlavə edilərək kişilərdə potensiyanı artıran maye kimi qəbul edilir. Eyni zamanda ərküdə çox qiymətli texniki materialdır, budaqlarından hazırlanan hörmə məhsulları çox möhkəm hesab edilir. Bunlarla yanaşı yarpaq və meyvələri ət yeməklərinə, şorbalara, bişmiş və hisə verilmiş kolbasalara, balıq konservlərinə ədviyyat kimi də əlavə edilir.

 

ladannikBuxurkolu.

(Cistus tauricus)

Buxurkolu bitkisi çox güclü kollanmaya malik olan həmişəyaşıl relikt kol bitkisidir. Bitkiyə yabanı halda Krım ərazisinin cənub sahillərində daha çox rast gəlinir. Keçmiş postsovet məkanında heç bir ölkədə mövcud olmayan yeganə buxurkolu ekstraktı əldə edən zavod Aluştin efir yağları zavodu idi. Bitkinin çiçəklənmə dövründə qara qətrana bənzər maddə rizinoid və külli miqdarda efir yağları sintez edilir. Buxurkolundan əldə olunan efir yağları krem və parfümeriya istehsalında tətbiq edilir. Hələ qədim zamanlardan buxurkolu efir yağları dini mərasimlərdə, həmçinin balzamlama və bəzi xəstəliklərin müalicəsi üçün istifadə edilirdi. Bitkidən dəri xəstəliklərində - dermatitlər, furunkul, seboreya, çətin sağalan yaralar üçün xaricə, sidik kisəsinin iltihabı zamanı isə qan dövranını yaxşılaşdırmaq üçün vanna formasında istifadə edərək yararlanmaq olar. Buxurkolunun ekstraktından uşaqlıq və anusun xəstəliklərində də istifadə etmək olar. Bitkinin tüstüsünü otağa verməklə orada, xüsusilə qapalı məkanlarda olan xəstəlik törədən bakteriyaları məhv etmək, havanın kimyəvi göstəricilərini yaxşılaşdırmaq mümkündür. Aromaterapiya məqsədilə bitki xaricə antiseptik, qızdırıcı, yuxu tənzimləyici və sakitləşdirici kimi tətbiq edilir.