Rutin mənbəyi Yapon soforası (Sophora japonica)
Təbabətdə soforanın çiçəkləri və meyvələri tətbiq edilir. 25 m hündürlükdə olan bu gözəl ağac bitkisi paxlalılara aid edilir. Sarı rəngli çox şirəli paxla meyvələrə malikdir. Xalq təbabətində müalicə məqsədilə bitkinin çiçəklərindən istifadə edilir. Çünki bu çiçəklər
rutin mənbəyi hesab edilir. Tərkibində 17-30% rutinin olması onu sənayedə rutin xammalına çevirmişdir. Lakin yarpaq və zoğlarının tərkibində olan rutin cəmi 4% təşkil edir. Qədimdə bu bitkinin çiçək qönçələri ekzema və digər dəri xəstəlikləri əleyhinə istifadə edilirdi. Bu bitkidən hazırlanan preparatlar toksiki deyil. Yaxşı stimulyator təsirə malik olub, sakitləşdirici, antiseptik və iltihab əleyhinə təsir göstərir. Damarların elastikliyini bərpa edir, o cümlədən kapilyarların, həmçinin damarların divarlarına çökmüş üzvi çöküntüləri təmizləyir. Hipertoniya, ateroskleroz, tromboflebit, gözün torlu qişasına qansızma, həmçinin oynaq zədələnmələrində, radikulit zamanı da tətbiq edilir. Xaricə də istifadə edilir: psoriaz, saç tökülməsi, yanıqlar, sağalmaz yaralar zamanı. Çiçəklərə rəng verən sarı rəng ipək istehsalında çox qiymətli hesab edilir. Tərkibində əsas təsiredici maddə rutindir.
Rutin damar divarını, xüsusilə beyin, ürəyin və gözün torlu qişa damarlarının möhkəmləndirir (təbii ki, vitamin C ilə birgə). Rutin kapillyarların keçiriciliyini və kövrəkliyini azaldaraq qansızmaların qarşısını alır, qanda xolesterinin miqdarını azaldır. Vitamin C-nin mənimsənilməsini asanlaşdırır. Antiallergik təsir göstərir. Radionuklidləri, ağır metal duzlarını, şlakları orqanizmdən çıxarır, immuniteti möhkəmləndirir. Bakterisid, regenerasiyaedicidir. Ağ öksə və sofora birlikdə şəkərli diabet əleyhinə çox gözəl təsiredici vasitədir. Soforanın müalicəvi təsir mexanizmini müasir təbabət hələ də tam öyrənə bilməmişdir. Bitki zəhərli olduğuna görə dozalanmaya fikir verilməlidir. Qaraciyər, böyrək, ürək-damar xəstəliklərində, stenokardiya, hipotoniya, hamiləlik və laktasiya zamanı istifadəsi qəti qadağandır. Hipotoniyada yalnız kompleks verilməlidir, tək halda olmaz. Mülayim hipotenziv təsir yarada bilər.
Bu bitki Herba Flora firmasının istehsalı olan yeni Serebratea çayının tərkibinə daxildir.
