Keçibuynuzu bitkisi (Ceratonia siliqua)

qBuynuzcuqlu seratoniya (Ceratonia siliqua) - Paraqvay aborigenləri insanın yaşını təyin etmək üçün ona seratoniya ağacının neçə dəfə çiçəklədiyini görməsi barədə sual verirlər. Bu çox təmizkar ağac (heç bir parazitlə yoluxmadığına görə belə adlanır) ömrünün son anlarına qədər çiçək açıb bar verir. Yəhudilər onu

başqa cürə qırmızı ağac da adlandırırlar. Buynuzcuqlu seratoniya paxlalılar fəsiləsindən olan 6-10 metr uzunluğunda, qışda belə yarpaqlarını tökməyən bir ağacdır. 10-20 sm uzunluğunda qəhvəyi rəngli, yastı meyvələrə malikdir. Hindistan, Braziliya, Argentina kimi ölkələrdə yetişdirilir. Bitkidən kerob adlı kakao surroqatı əldə edilir. Qədim Romada və Yunanıstanda zərgərlər bitkinin toxumlarından ölçü daşları kimi istifadə edirdi. Belə ki, bir toxumun kütləsi 0,19 qrama bərabər olub silikva adlanır. Bu ölçü isə təxminən1 karata bərabərdir. Kimyəvi tərkibi 35% karbohidratlardan təşkil olunub, yağların miqdarı isə cəmi 1%-dir. Ca və P-la çox zəngindir. Ağciyər ödemi, bronxial astma, ağciyər xərçəngi, prostat vəzin hiperplaziyası, osteoparoz zamanı istifadəsi məsləhətlidir, çünki sadalanan bu xəstəliklərin müalicəsi üçün çox effektlidir. Ağciyər xərçəngində qırmızı turpla birlikdə istifadə etmək bitkinin təsirini daha da gücləndirir. Həmçinin bitkidən siqareti atmaq istəyənlər də istifadə edə bilər. Bununla yanaşı güclü bəlğəmgətirici, sinə yumşaldıcı, bağırsaq fəaliyyətini tənzimləyən xüsusiyyətlərə də malikdir. Bitkinin analgetik, antiallergik, antibakterial, xərçəng əleyhinə, antioksidant, immunostimulyator, hepatoprotektor, iflic əleyhinə təsirləri tərkibindəki qall turşusunun hesabına baş verir.