Yaşıl çay
Yaşıl çayın tərkibində olan polifenol ehtiyatı orqanizmdə olan piylərin parçalanmasına kömək edir. Bu çayı kofenin əvəzinə də içə bilərsiniz. Orqanizmi gümrahlandırır, tonuslandırır və gücləndirir. Yaşıl çay kompüter şüalanmasından da qoruya bilər. Yaşıl çay hamiləlikdə əks göstərişdir. Çünki yaşıl çay dölün normal inkişafı üçün lazım olan fol turşusunun mənimsənilməsini zəiflədir. Bunlardan əlavə yaşıl çay döldə anadangəlmə defektlərin yaranma riskini də artırır. Buna görə də həkimlər tərəfindən hamilə qadınlara günə 1 fincandan artıq yaşıl çay içməyə icazə verilmir.
Tərkibi:
Yaşıl çay yarpaqları.
İstifadəsinə göstəriş:
Yaşıl çay qan təzyiqini normallaşdırır, ürək, beyin və böyrəklərin qan təchizatını yaxşılaşdırır. Həyat fəaliyyətini gücləndirir, susuzluğu aradan qaldırır və insanda yüksək əhval-ruhiyyə yaradır.
İstifadə qaydası:
Gündə bir neçə dəfə (zövqə görə) ilıq halda qəbul edilir.
Ekoloji təmiz məhsuldur.
