Teastomin çayı

Tərkibi:
Cökə çiçəyi, zəyərək toxumu, şirin biyan kökü, istiotlu nanə yarpağı, razyana meyvəsi, kəcəvər kökü.

Kimyəvi tərkibi:

Cökə çiçəyinin tərkibində saponinlər, flavonoidlər, efir yağları, karotin və C vitamini vardır. Zəyərək toxumunun tərkibundə 30-48% yağ turşuları, 1,5%linamarin qlikozidi, selik, zülali maddələr, vitamin C və s. vardır. Biyan kökünün tərkibində qlisirrizin, efir yağları, C vitamini nə s. vardır. İstiotlu nanə yarpağının tərkibində efir yağları, üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. vardır. Razyana meyvəsinin tərkibində 6,5%-ə qədər efir yağları, 18%-ə qədər yağ turşuları və s. vardır. Kəcəvər kökünün tərkibində 25-40%-ə qədər nişasta, akorin qlikozidi, selik, aşı maddələri və s. maddələr vardır.

Farmakoloji təsiri:
Mədənin selikli qişasına bürüyücü, antasid, xora əleyhinə, antiseptik, spazmolitik və iltihab əleyhinə təsir göstərir. Mikrosirkulyasiya və regenerasiyanı sürətləndirir, iştahanı və həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır.

İstifadəsinə göstəriş:

– Mədə katarı
– Hiperasid qastrit
– Mədənin xora xəstəliyi
– 12-barmaq bağırsağın xora xəstəliyi
– Reflüks-ezofagit

Əks göstəriş:
Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:
İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Qəbul müddəti 30 gündür.

Buraxılış forması:
25x2qr.