Yapon soforasının qönçələri

İstifadəsinə göstəriş:

Trofik xora, hemorragik diatez, gözün torlu qişasına qansızma, yanma, donma, furunkul, karbunkul, itdirsəyi, dərinin göbələk xəstəlikləri, psoriaz, paraproktit, hemorroy, stenokardiya, hipertoniya, şəkərli diabet və tromboflebit zamanı istifadə olunur.

İstifadə qaydası:

2 çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, 45 dəqiqə otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən əvvəl daxilə qəbul edilir. Həmçinin zədəli nahiyələrin yuyulması üçün də istifadə edilir.

i