Fitoçay
Özünəməxsus ətrə, gözəl dada malik fitoçay əsl təbii həzz mənbəyidir. Orqanizmə ümumi tonuslandırıcı və antioksidant təsir göstərir. 100% təbii olduğundan hamı üçün nəzərdə tutulmuşdur.
Tərkibi: Kəklikotu otu, nanə yarpağı, məkkəgülü çiçəyi, dazıotu otu, cökə çiçəyi, qara çay.
Hazırlanması: 2 xörək qaşığı fitoçay 4 stəkan (1 çaynik) qaynadılmış suda təxminən 10 dəqiqə müddətində dəmlənilir və içilir. Zövqə görə çaya bal və ya şəkər əlavə etmək olar.
Nuş olsun!
