Fitoçay №30

Özünəməxsus ətrə, gözəl dada malik fitoçay əsl təbii həzz mənbəyidir. Orqanizmə ümumi tonuslandırıcı və antioksidant təsir göstərir. 100% təbii olduğundan hamı üçün nəzərdə tutulmuşdur.

Tərkibi: Kəklikotu otu, nanə yarpağı, məkkəgülü çiçəyi, dazıotu otu, cökə çiçəyi, qara çay.

Hazırlanması: 1 ədəd filtr-bağlamanın üzərinə 150 ml qaynar su əlavə edilir, 5 dəqiqə dəmləndikdən sonra içilir. Zövqə görə çaya bal və ya şəkər əlavə etmək olar.

Saxlanma qaydası: Fitoçayı rütubətdən və birbaşa düşən günəş şüalarından qorumaq, qoxusuz, sərin, quru və qapalı yerdə saxlamaq lazımdır.

Nuş olsun!