Hepanat şərbəti

Tərkibi:

Solmazçiçəyi çiçəyinin, dazıotu otunun, boymadərən otunun, andız kökünün, itburnu meyvəsinin, yatıqqanqal otununzəyərək toxumunun duru ekstraktı, şəkər şərbəti, limon turşusu, natrium-benzoat.

Farmakoloji təsiri:

HEPANAT şərbəti öd yollarının spazmını aradan götürməklə ödün ifrazını yaxşılaşdırır, bu da öz növbəsində həzm prosesinin normallaşmasına səbəb olur. Həmçinin antioksidant və antitoksik təsir göstərərək sərbəst radikalların və toksiki maddələrin qaraciyərə təsirini aradan qaldırır, hepatositlərin dağılmasının qarşısını alır, regenerasiyanı sürətləndirir və metabolizmi tənzimləyir. İltihab əleyhinə, bakterisid və ağrıkəsici təsir göstərir.

İstifadəsinə göstəriş:

- Qaraciyərin piy distrofiyası

- Hepatitlər, qaraciyər sirrozu

- Öd kisəsi və öd yollarının iltihabi xəstəlikləri

Qəbul qaydası: 

1 yaşa qədər
0,5 – 1 çay qaşığı
2-3 dəfə
1 – 5 yaş
1 – 2 çay qaşığı
2-3 dəfə
5 – 12 yaş
1 – 2 xörək qaşığı
3 dəfə
12 yaşdan yuxarı, böyüklər
2 – 3 xörək qaşığı
3 dəfə

Əlavə təsirləri və əks göstərişlər:

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Saxlanılması:

Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Buraxılış forması:

Flakonlarda 250 ml.

Reseptsiz buraxılır.

 

Sizə Sağlamlıq Arzulayırıq!

 

İstehsalçı: Herba Flora