Bronxonat şərbəti

Tərkibi:

Dəvədabanı yarpağının, böyük bağayarpağı yarpağının, bənövşə otununşirin biyan kökünün duru ekstraktı, şəkər şərbəti, limon turşusu, natrium-benzoat.

Farmakoloji təsiri:

BRONXONAT şərbətinin tərkibindəki bitkilər bioloji aktiv maddələrlə zəngindir. Bu bioloji aktiv maddələrin hesabına şərbət yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini artırır, bəlğəmin konsistensiyasını yumşaldır. Eyni zamanda traxeya və bronxların kirpikli epitelinin hərəki aktivliyini artıraraq bəlğəmin xaric olunmasını sürətləndirir. Həmçinin iltihab əleyhinə, antiseptik, spazmolitik və öskürək əleyhinə təsir göstərir, interferon sintezini və orqanizmin ümumi müqavimətini artırır.

İstifadəsinə göstəriş:

Traxeit, kəskin və xroniki bronxit, pnevmoniya (krupoz və bronxopnevmoniya), KRX.

Qəbul qaydası:

1 – 6 yaş
1 – 2 çay qaşığı
2-3 dəfə
6 – 12 yaş
1 – 2 xörək qaşığı
3 dəfə
12 yaşdan yuxarı, böyüklər
2 – 3 xörək qaşığı
3 dəfə

Əlavə təsirləri və əks göstərişləri:

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Saxlanılması:

Saxlanma müddəti 12 aydır. Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Buraxılış forması: Flakonlarda 250 ml.

Reseptsiz buraxılır. 

 

 

Sizə Sağlamlıq Arzulayırıq!

 

İstehsalçı: Herba Flora