Şüyüd çayı
Tərkibi:
Razyana meyvəsi, bostan şüyüdü meyvəsi.
Kimyəvi tərkibi:
Razyana toxumunun tərkibində anetol, fenxon, pinen və s. terpenlərdən ibarət efir yağları, piyli yağlar, az miqdarda cirə turşusu vardır. Bostan şüyüdü toxumunun tərkibində 5% - ə qədər efir yağları, 20% - ə qədər yağ turşuları, karotin və s. maddələr vardır.
Farmakoloji təsiri:
Şüyüd çayı spazmolitik, ağrıkəsici, köp əleyhinə, antibakterial təsir göstərir. 1 yaşına qədər körpələrə bəlğəmgətirici, süd verən analara laktogen vasitə kimi istifadə olunur.
İstifadəsinə göstəriş:
– Qastrit
– Spastik kolit
– Meteorizm
– Traxeit
– Bronxit
– Hipoqalaktiya
Əks göstəriş:
Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası:
1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Buraxılış forması:
30x2qr.
