Yemişan çiçəyi
Kimyəvi tərkibi:
Yemişan çiçəyinin tərkibində flavonoidlər, üzvi turşular, karotinoidlər, pektinlər, qlikozidlər, xolin, asetilxolin, efir yağları və s. maddələr var.
İstifadəsinə göstəriş:
Yemişan çiçəkləri ürək fəaliyyətinin funksional pozğunluqlarında, hipertoniya xəstəliyində, stenokardiyada, angionevrozlarda, klimakterik nevrozlarda, yuxusuzluqda, fiziki və zehni yorğunluqda istifadə olunur.
İstifadə qaydası:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, soyudulur, süzülür. Gündə 3 dəfə hər dəfə 1/3 stəkan yeməkdən 30 dəq. əvvəl qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutka saxlamaq olar.
