Aptek çobanyastığı çiçəyinin çayı
Tərkibi:
Aptek çobanyastığı çiçəkləri.
İstifadəsinə göstəriş:
Aptek çobanyastığı çiçəyində olan efir yağları dezinfeksiyaedici və iltihabəleyhinə təsirlərə malikdir. Aptek çobanyastığı çiçəyinin çayı bağırsaq spazmlarında, meteorizmdə, ishal zamanı, menstruasiya pozğunluqlarında və tərlədici vasitə kimi tətbiq edilir.
İstifadə qaydası:
İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, soyudulur. Gündə 2-4 dəfə, böyüklər hər dəfə 2-3 xörək qaşığı, uşaqlar 1 desert qaşığı daxilə qəbul edirlər.
