HERBA FLORA






Payızda Kəskinləşən Xəstəliklər
Herba Flora / Məqalələr

 

Payız mövsümü havaların soyuması, isti havadan birdən-birə soyuq havaya keçid ilə əlaqədar olaraq xroniki xəstəliklərin, xüsusən də allergik xəstəliklərin kəskinləşmə dövrüdür. Soyuq, külək, qurumuş yarpaqların, bitki qalıqlarının havaya qarışması havanın tozluluq dərəcəsini artırır. Allergik rinit, bronxial astma, allergik bronxit, allergik dermatit və s. xəstəliklər bu dövrdə kəskinləşir. 


Yüksək yarasağaldıcı xüsusiyyəti olan bitki
Herba Flora / Məqalələr

 

Zahiri görkəmi ilə hardasa murdarçanı xatırladan çaytikanı əsasən çaylaq yerlərdə, çay və göl kənarlarında bitir. Lətli meyvələri ananas tamı verir. Xüsusilə quşlar onun meyvələrini çox sevirlər. At və qoyunlar çaytikanı yarpağı yedikdə onların tükü və yunu parlaq olur. Meyvələrindən jele, kisel, kompot, şirə və mürəbbə hazırlanır. Murdarçaya bənzər çaytikanı yabanı şəkildə Avropanın hər yerində, Qafqazda, Qərbi və Şərqi Asiyada, Monqolustanda, Çində, Pakistanın və Hindistanın tropik rayonlarında yayılmışdır.


Pullu dəmrovun müalicəsi üçün təbii üsullar
Herba Flora / Məqalələr

 

Müxtəlif ölkələrdə və regionlarda əhalinin çoxu pullu dəmrov və ya vulqar psoriaz adlandırılan xəstəlikdən əziyyət çəkir. Bu, çoxşəkilli kliniki əlamətlərlə özünü büruzə verən dərinin xroniki irsi xəstəliyidir. Psoriazın sadə forması daha çox təsadüf olunur. Psoriaz - poligen xəstəlikdir. 


Döldə oksigen aclığı
Herba Flora / Məqalələr

 

Dölün hipoksiyası əksər hamilələrə qoyulan yayılmış diaqnozlardan biridir. Doğuşdan sonra həmin diaqnoz 10-15 faiz hallarda təsdiqlənsə də, həkimlər onun acı nəticələrinin qarşısını hələ hamiləlik dövründə almağa çalışırlar. Dölün hipoksiyası toxumaların kifayət qədər oksigenlə təchiz olunmaması və ya onun natamam mənimsənilməsi nəticəsində yaranır.

 

 


Sağlam Dərinin Sirri
Herba Flora / Çaylar

 

 

Tərkibi:

Yatıqqanqal otu (çereda), aptek çobanyastığı çiçəyi, çöl qatırquyruğu otu, gicitkən yarpağı, qaraqınıq otu, bənövşə otu, kəklikotu, dərman pişikotunun kökü, şirin biyan kökü.


Çatışmazlığı həzm, sinir və qanyaranma sistemlərini zədələyir
Herba Flora / Məqalələr

 

Defisit anemiyalar – hemoqlobinin sintezi üçün vacib olan maddələrin orqanizmə kifayət gədər daxil olmaması, yaxud sorulmasının pozulması nəticəsində inkişaf edir, meqaloblast anemiyalar və mikrositar anemiyalar olmaqla iki qrupa bölünür. B12 defisitli anemiya meqaloblast qrupundan olan anemiyalara adidir.


Təbii ağrıkəsici
Herba Flora / Məqalələr

 

Mixək tropik meşələrdə bitən, hündürlüyü 10-15 metrə çatan, hamar gövdəli və həmişəyaşıl ağacdır. Vətəni İndoneziya olsa da, Madaqaskar, Hindistan, Tanzaniya, Şri-Lanka kimi bir sıra ölkələrdə də yetişdirilir.

Mixək heyranedici dad və ətrinə görə bir sıra dünya ölkələrinin mətbəxində özünəməxsus yer tutur. 


Səpgilərə səbəb olan dərialtı parazit
Herba Flora / Məqalələr

 

Demodeks, başqa sözlə desək, kirpik gənələri – göz qapağı kənarlarının nəzərə çarpacaq dərəcədə qalınlaşması və qızartısı, ağır hallarda isə həm də kirpiklərin tökülməsi ilə gedən parazitar xəstəlikdir. Gənə ilə zədələnmiş kirpik qığırdağı nahiyyəsində göz konyuktivası iltihablaşmış və kövrək olur. Konyuktivanın altında yerləşən meybom vəzilərinin axacaqları tutulduğundan onlar genişlənmiş şəkildə görünür.


Soğan Şəfa Mənbəyidir
Herba Flora / Məqalələr

 

Hələ qədim zamanlarda soğan həm ərzaq məhsulu, həm də dərman vasitəsi kimi istifadə olunurdu. Onu insana enerji, güc və cəsarət verən tərəvəz kimi döyüşçülərin qidasına əlavə edirdilər. Soğanın qoxusunun belə xəstəlikləri qovmaq xüsusiyyətinə malik olduğu inancı vardı. Bir sıra xəstəliklərin müalicəsində soğanı tətbiq edən böyük loğman İbn Sina onun haqqında yazmışdır: “Soğan orqanizmi təmizləyir və zərərli şirələri xaric edir.”


Uşaqlarda Böyrək Daşlarını Əritmək Üçün Çarələr
Herba Flora / Məqalələr

 

Böyrəkdaşı xəstəliyi böyrək və sidik yollarında iri daşların (konkrementlərin) əmələ gəlməsi ilə səciyyələnən ən yayılmış xəstəliklərdən biridir. Böyrəkdə daşların əmələ gəlməsi sidikdə duzların çökməsi və kristallaşması ilə əlaqədar olaraq yaranır və bu heç də gündəlik qida rasionunda əhəmiyyətli yer tutan xörək duzu deyil, maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn artıq çöküntülərdir.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem